Uilyam Cek Baumol (; ) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston Universiteti və Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru.

Haqqında Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi.

Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır.

O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir. Baumol-Tobin modeli adlanan bu modelə əsasən, əmanətçilər onlara lazım olan nağd pulun məbləğini bu məbləğə görə alınmayan bank faizi şəklində itkilərin və banklara az-az müraciət etmələr müqabilində vaxt qənaətinin dəyərinin optimal nisbətinə görə müəyyən edirlər. Baumol 1967-ci ildə Baumol effektini irəli sürmüşdür.

Əsərləri Экономическая теория и исследование операций. М., 1965 Selected Economic Writ tings of William J. Baumol, ed. E. E. Bailey, New-York University Press, 1976.

Həmçinin bax Baumol effekti Alternativ investisiya

İstinadlar

Xarici keçidlər

Baumol home page Entrepreneurship: Productive, Unproductive, and Destructive The discrimination of blacks has increased the number of jazz composers – An interview with Baumol published in the Czech weekly Respekt and daily Blisty in 2003

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Mədəni iqtisadiyyat