Komodo Milli Parkı — İndoneziyanın, Şərqi və Qərbi Kiçik Zond adalarının əyalətləri arasındakı sərhəd bölgədə yerləşən milli parkdır. Parka üç böyük ada (Komodo, () və ()) və 26-dan çox kiçik ada, habelə ümumi sahəsi 1733 km² (603 km²) olan Sape, Lintax və Sumba boğazları daxildir. Milli park təbiətin yeddi yeni möcüzəsindən biri olaraq seçilmişdir. Təsviri

Milli park 1980-ci ildə yaradılmışdır. 1986-cı ildə biosfer qoruğu, 1991-ci ildə isə UNESCO-nun Dünya İrsi obyekti elan edilmişdir. Parkın yaradılmasında məqsəd, ilk dəfə 1911-ci ildə kəşf edilən unikal kərtənkələ növünü — Komodo varanını qorumaq idi. Daha sonra park dəniz heyvanları da daxil olmaqla digər heyvan növlərini qorumaq vəzifəsi daşımağa başladı.

Milli parkın adaları vulkan mənşəlidir. Ərazi bir qayda olaraq yüksəkliyi 735 metrə qədər olan yuvarlaq təpələrlə xarakterizə olunur. İqlimi ildə 800–1000 mm yağıntısı olan İndoneziyanın ən quraq bölgələrindən biridir. Quraqlıq mövsümdə (may- oktyabr) orta gündəlik temperatur təxminən 40 °C-dir.

Komodo adasında, Komodo varanının populyasiyasının yarısı yaşayır - üç min fərd. Daha iki mini Flores adasında, mini - () adasında və yüzə yaxını Qili-Motanq adasında yaşayır.

İstinadlar

Həmçinin bax

Böyük Sədd rifi

Valdes yarımadası

Qalapaqos adaları Xarici keçidlər

Kateqoriya:İndoneziya milli parkları Kateqoriya:1980-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kiçik Zond adaları Kateqoriya:Dəniz qoruqları