Elman Elsevər (Elman İsaq oğlu Mirzəyev; ) — SSRİ Jurnalistlər İttifaqının üzvü (1980).

Həyatı Elman Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında Kənd həyatı qəzetində çap olunub.

1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur."Laçın yurdu" jurnalı, № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012.

Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, "Bakı", “Azərbaycan gəncləri”, "Bakinskiy raboçi", Kənd həyatı, "Vışka", ”Molodyoj Azerbaydjana” qəzetlərində və "Kirpi", "Azərbaycan", "Ulduz" jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib..

1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib."Laçın yurdu" jurnalı, № 4(11), 2013, Bakı, "Bəxtiyar-4" nəşriyyatı. səh. 8.

Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir. Hərbi xidmətdən sonra Şuşa şəhərindəki Şuşa qəzetində kənd təsərrüfatı şöbəsinin 3 il müdiri olmuşdur. Elman müəllim sonrakı illərdə Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist və ssenarist kimi fəaliyyət göstərmişdir.

Müxtəlif illərdə Laçın qəzetində şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. Sonralar Laçın rayon Audit şöbəsinin rəisi və digər işlərdə çalışıb."Laçın yurdu" jurnalı,№ 2(2),2011, Bakı, "Nurlar",2011. səh.46.

İstinadlar

Xarici keçidlər Elman Elsevərin şeiri Roma Xosrovun ifasında

Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri Kateqoriya:Laçında doğulanlar