Zaxar Fedoroviç Dorofeyev (; ) — mokşa əsilli Rusiya və SSRİ şairi, müəllimi, tərcüməçisi, folklor tədqiqatçısı, tarixçisi, etnoqrafı, ictimai xadimi. O, müasir mokşa ədəbiyyatının qurucularından biridir.
Həyatı Zaxar Fedoroviç Dorofeyev 24 mart 1890-cı ildə Rusiya imperiyası daxilindəki Tambov quberniyasının Salazqor kəndində anadan olmuşdur. Dorofeyev ibtidai və orta təhsilini aldıqdan sonra 1905-ci ildə Kazan Qeyri-rus Müəllimlər Seminariyasına daxil olmuşdur. O, 1909-cu ildə məzun olduqdan sonra məktəb müəllimi olaraq çalışmağa başlamışdır.Всё о Мордовии: Энциклопедический справочник / сост. Н. С. Крутов, Е. М. Голубчик, С. С. Маркова. — Саранск: Мордов. кн. изд-во, 2005. — С. 644. — 840 с. — ISBN 5-7595-1662-0.
1912-ci ildə Dorofeyevin "Xalq müəlliminin mahnıları və düşüncələri" şeirlər toplusu nəşr olunmuşdur. Birinci Dünya müharibəsi zamanı Dorofeyev cəbhəyə getmiş və döyüşlərdə ağır yaralanmışdır. 1920-ci illərin əvvəllərinə qədər Dorofeyev rus dilində yazıb-yaratmışdır. 1925-ci ildə şairin mokşa dilində ilk şeirlər toplusu "Mənim mahnılarım" nəşr olunmuşdur.
Zaxar Fedoroviç Dorofeyev 18 iyul 1952-ci ildə SSRİ respublikalarından olan Rusiya SFSR-in paytaxtı Moskva şəhərində vəfat etmişdir.
Kitabları "Xalq müəlliminin mahnıları və düşüncələri". Moskva. 1912-ci il. "Valda yan". 1925-ci il. "Pije paksya". 1928-ci il. "Eryamopinqon tonaftoma kit". 1929-cu il. "Patsyayaf myalxt". Saransk. 1990-cı il.
İstinadlar
Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ folklorşünasları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Rus şairlər