2020 — Azərbaycanda "Könüllülər ili"

Azərbaycanda VI çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevral ayında növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçki o zaman Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirildi.

Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 28 illik erməni işğalına sona qoyulmasıdır. 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar (Tovuz döyüşləri) oldu. Qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırıldı.

İkinci Qarabağ müharibəsi ərzində (27 Sentyabr - 10 Noyabr) Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Tərtər və Şuşa rayonlarında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 10-da imzalanmış Qarabağ atəşkəs bəyanatı ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirildi. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağ bölgəsinə qayıtmasını da nəzərdə tutur. Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan MR arasında Ermənistan ərazisi ilə quru yolunun (Zəngəzur dəhlizi) çəkilməsidir.

Digər ölkələr kimi, Azərbaycan da 2020-ci ildə koronavirusla mübarizə apardı, onun ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması istiqamətində çalışdı. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə, sərt karantin məhdudiyyətlərinin tətbiqi ilə yanaşı, ilkin mərhələdə özəl sektora 2,5 milyard manat (1,7 milyard dollar) maliyyə yardımı da ayırdı. Bununla o, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirməyə çalışdı.

Prezident İlham Əliyev dövlət strukturlarında iqtisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni Azərbaycan dövlətinin prioritetlərindən elan etdi. Korrupsiyaya qarşı mübarizə çərçivəsində, 2020-ci ildə Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin bir neçə yüksək vəzifəli məmuru həbs edildi. Bunun ardından xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən kənarlaşdırıldılar. 2020-ci ildə Azərbaycanın 7 rayonunun icra hakimiyyətinin başçıları korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edildilər.

Hakimiyyət

Qanunvericilik hakimiyyəti +Milli MəclisVəzifəAd, SoyadŞəkilMilli Məclisin sədriSədr yoxdur (05.12.2019-10.03.2020)Sahibə Qafarova (10.03.2020 tarixindən başlayaraq)frameless|167x167pxMilli Məclisin deputatı

İcra hakimiyyəti VəzifəAd, SoyadŞəkilPrezidentİlham Əliyevframeless|159x159pxBirinci vitse-prezidentMehriban Əliyevaframeless|169x169pxBaş nazirƏli Əsədovframeless|167x167px +Mərkəzi icra hakimiyyəti orqanları+NazirliklərNazirDaxili İşlər NazirliyiVilayət EyvazovEkologiya və Təbii Sərvərlər NazirliyiMuxtar BabayevEnergetika NazirliyiPərviz ŞahbazovƏdliyyə NazirliyiFikrət MəmmədovƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiSahil BabayevFövqəladə Hallar NazirliyiKəmaləddin HeydərovGənclər və İdman NazirliyiAzad RəhimovXarici İşlər Nazirliyi+Elmar Məmmədyarov (16.07.2020 tarixinə qədər)Ceyhun Bayramov (16.07.2020 tarixindən başlayaraq)İqtisadiyyat NazirliyiMikayıl CabbarovKənd Təsərrüfatı Nazirliyiİnam KərimovMaliyyə NazirliyiSamir ŞərifovMədəniyyət NazirliyiƏbülfəs Qarayev (21.05.2020 tarixinə qədər)Nazir yoxdur (21.05.2020-05.01.2021)Müdafiə NazirliyiZakir HəsənovMüdafiə Sənayesi NazirliyiMədət QuliyevNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiRamin QuluzadəSəhiyyə NazirliyiOqtay ŞirəliyevTəhsil NazirliyiCeyhun Bayramov (16.07.2020 tarixinə qədər)Nazir yoxdur (16.07.2020-27.07.2020)Emin Əmrullayev (27.07.2020 tarixindən başlayaraq)+Dövlət komitələriSədrAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiHicran Hüseynova (10.03.2020 tarixinə qədər)Sədr yoxdur (10.03.2020-12.03.2020)Bahar Muradova (12.03.2020 tarixindən başlayaraq)Diasporla İş üzrə Dövlət KomitəsiFuad MuradovDini Qurumlarla İş üzrə Dövlət KomitəsiMübariz QurbanlıDövlət Gömrük KomitəsiSəfər MehdiyevDövlət Statistika KomitəsiTahir BudaqovDövlət Şəhərsalma və Arxitektura KomitəsiSədr yoxdur (01.11.2019-08.01.2020)Anar Quliyev (08.01.2020 tarixindən başlayaraq)Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiRövşən Rzayev+Dövlət şirkətləri və dövlət xidmətləriRəhbərDövlət Miqrasiya XidmətiVüsal HüseynovDövlət Sərhəd XidmətiElçin QuliyevDövlət Təhlükəsizliyi XidmətiƏli NağıyevXarici Kəşfiyyat XidmətiOrxan SultanovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiArzu RəhimovQida Təhlükəsizliyi AgentliyiQoşqar TəhməzliDövlət Turizm AgentliyiFuad Nağıyev +Yerli icra hakimiyyəti orqanları

Məhkəmə hakimiyyəti +MəhkəməMəhkəmələrSədrHakimlərKonstitusiya MəhkəməsiFərhad Abdullayev Ali MəhkəməRamiz Rzayev +ProkurorluqProkurorluqlarProkurorBaş ProkurorluqKamran ƏliyevHərbi ProkurorluqXanlar Vəliyev

Naxçıvan Muxtar Respublikası

Qanunvericilik hakimiyyəti +Ali MəclisVəzifəAd, SoyadŞəkilAli Məclisin sədriVasif Talıbov (Eyni zamanda icra hakimiyyətini həyata keçirir)frameless|151x151pxAli Məclisin deputatı

İcra hakimiyyəti +VəzifəAd, SoyadŞəkilBaş nazirƏlövsət Baxşıyev (14.05.2020 tarixinə qədər)Nazir yoxdur (14.05.2020-23.05.2020)Səbuhi Məmmədov (23.05.2020 tarixindən başlayaraq) +NazirliklərNazirDaxili İşlər NazirliyiFazil ƏləkbərovEkologiya və Təbii Sərvərlər NazirliyiMayis ƏliyevƏdliyyə NazirliyiSuliddin Əliyev (27.04.2020 tarixinə qədər)Daşqın Rəhimov (27.04.2020 tarixindən başlayaraq)Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiNicat BabayevFövqəladə Hallar NazirliyiŞamı AbdullayevGənclər və İdman NazirliyiAzad Cabbarovİqtisadiyyat NazirliyiTapdıq ƏliyevKənd Təsərrüfatı NazirliyiBəhruz BayramovMaliyyə NazirliyiSəbuhi Məmmədov (23.05.2020 tarixinə qədər)Nazir yoxdur (23.05.2020-19.08.2020)Rafael Əliyev (19.08.2020 tarixindən başlayaraq)Mədəniyyət NazirliyiNatəvan QədimovaRabitə və Yüksək Texnologiyalar NazirliyiRövşən Məmmədov (04.03.2020 tarixinə qədər)Vüsal Sevdimalıyev (04.03.2020 tarixindən başlayaraq)Səhiyyə NazirliyiNiyazi NovruzovTəhsil NazirliyiRəhman MəmmədovVergilər Nazirliyi+Əli Mahmudov (07.01.2020 tarixinə qədər)Nazirlik ləğv edildi (07.01.2020) Hadisələr

Yanvar thumb|Prezident İlham Əliyev və İsveçrə Prezidenti Simonetta Sommaruqa thumb|Prezident İlham Əliyev və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa 1 Yanvar — Naxçıvan MR, Mingəçevir şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanıldı. 1 — 31 Yanvar — Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Tovuz, Xocavənd, Gədəbəy, Goranboy və Ağstafa rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 7 Yanvar tarixində 1 nəfər şəhid oldu. 6 Yanvar — Nərmin Quliyeva cinayəti: Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu ilin noyabr ayında qaçırıldıqdan 45 gün sonra ölü bədəni yandırılmış şəkildə tapıldı. Bu cinayət cəmiyyətdə böyük rezonansa səbəb oldu. 7 Yanvar Naxçıvan MR-də bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi: Naxçıvan MR Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrildi. Ordubad Rayon Uşaq Xəstəxanası yaradıldı. 8 Yanvar — Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbov "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin açılışında iştirak etdi. 9 — 22 Yanvar — 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunları (Lozanna, İsveçrə) Medal sayı: 0 9 Yanvar Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və BƏƏ-nin "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl Ramahi Azərbaycana səfər etdilər: Prezident İlham Əliyev, Məhəmməd Abunayyan və Məhəmməd Cəmil Əl Ramahi arasında görüş oldu. (Bakı) Bakı şəhəri və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi arasında ilk marşrut xətti istifadəyə verildi. Naçxıvan MR-də "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradıldı. 10 Yanvar Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan-Qırğızıstan Dostluq parkının təməl qoyma mərasimində iştirak etdilər. Nərmin Quliyeva cinayəti: 1973-cü il təvəllüdlü Tovuz rayonunun Dondar Quşçu kəndi sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanıldı. İstintaq zamanı İlkin Süleymanovun cinayəti etiraf etdiyi və "psixoloji problemləri" olduğu iddia edildi. 12 Yanvar — Bakı şəhərində "AZE Medical Center" klinikasının açılışı oldu. 14 Yanvar MSK-nın "Seçki-2020" Müstəqil Media Mərkəzi yaradıldı. İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirildi. (Roma, İtaliya) 16 Yanvar — Culfa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə çevrildi. 20 Yanvar Qara Yanvar faciəsindən 30 il keçdi. Prezident İlham Əliyev İsveçrəyə səfər etdi: Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etdi. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "VTB Bank" prezidenti-idarə heyətinin sədri Andrey Kostin arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer arasında görüş oldu. (Davos, İsveçrə) 21 Yanvar Prezident İlham Əliyev və Dünya İqtisadi Forumu Prezidenti Borge Brende arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Pakistan Baş naziri İmran Xan arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Xorvatiya Baş naziri Andrey Plenkoviç arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Neft İxrac edən Ölkələr Birliyi (OPEC) Baş katibi Məhəmməd Barkindo arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş oldu: Azərbaycanın "Naxçıvan" və "Qoşadaş" yataqlarının "LUKOIL" şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olundu. (Davos, İsveçrə) ABB-də Azərbaycanda ilk dəfə "IBA Bot" robotu fəaliyyətə başladı. 22 Yanvar Prezident İlham Əliyev və İsveçrə Prezidenti Simonetta Sommaruqa arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və Gürcüstan Baş naziri Giorgi Qaxariya arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "SUEZ Group" şirkətinin baş icraçı direktoru Bertran Kamus arasında görüş oldu. (Davos, İsveçrə) Prezident İlham Əliyev və "BP" şirkətinin baş icraçı direktoru Robert Dadli arasında görüş oldu. (Davos, İsveçrə) 23 Yanvar