Böyük Lebovski () — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmi.
Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib.
Məzmun Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur.
15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı. Filmin fanatları hətta 2002 -ci ildən bəri "Lebovski Festivalı" təşkil etməyə başladılar.
Soundtrek
İstinadlar
Xarici keçidlər The Big Lebowski essay by J.M. Tyree & Ben Walters at National Film Registry "The Big Lebowski" Official Trailer
"Is The Big Lebowski a cultural milestone?", BBC, October 10, 2008 "Dissertations on His Dudeness", Dwight Garner, The New York Times, December 29, 2009 Comentale, Edward P. and Aaron Jaffe, eds. The Year's Work in Lebowski Studies. Bloomington: 2009. "Deception and detection: The Trickster Archetype in the film, The Big Lebowski, and its cult following" in Trickster's Way
Kateqoriya:1990-cı illər haqqında filmlər Kateqoriya:Working Title Films filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Malibu haqqında filmlər Kateqoriya:Karter Byuruellin film musiqiləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:ABŞ-də adam oğurluğu haqqında filmlər Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:Neonuar Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:Hippi filmləri Kateqoriya:İspanca filmlər Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:Focus Features filmləri