link=https://en.wikipedia.org/wiki/Fayl:Bisexual_Pride_Flag.svg|thumb|Biseksual qürur bayrağı Biseksuallıq və ya biseksualizm — həm kişi, həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Bu termin cinsiyyətindən və gender kimliyindən asılı olmayaraq insanlara romantik və ya cinsi cazibə bəsləmək mənasında da istifadə edilə bilər. Buna panseksuallıq da deyilir.
Biseksuallıq termini əsasən kişilərə və qadınlara qarşı bəslənən romantik və ya seksual hissləri ifadə etmək üçün istifadə olunur. Bu anlayış heteroseksuallıq və homoseksuallıq ilə birlikdə cinsi oriyentasiyanın üç əsas təsnifatından biridir. Biseksual kimlik hər iki cins üçün eyni cinsi cazibəyə bərabər olmaq məcburiyyətində deyil. Ümumiyyətlə, bir cinsdən digərinə nisbətən fərqli, lakin müstəsna olmayan cinsi seçimləri olan insanlar da özlərini biseksual hesab edirlər.
Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər və bunu seçim kimi qiymətləndirmirlər. Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər. Xüsusilə kişilər üçün cinsi oriyentasiyanın bioloji səbəblərini dəstəkləyən daha çox dəlil var.
Məlum tarix boyunca biseksuallıq müxtəlif insan cəmiyyətlərində və heyvanlar aləmində müşahidə edilmişdir. Buna baxmayaraq, biseksuallıq termini heteroseksuallıq və homoseksuallıq kimi XIX əsrdə ortaya çıxmışdır.
İstinadlar
Əlavə ədəbiyyat Eva Cantarella. Bisexuality in the Ancient World, Yale University Press, New Haven, 1992, 2002. Kenneth J. Dover. Greek Homosexuality, New York; Vintage Books, 1978. Thomas K. Hubbard. Homosexuality in Greece and Rome, U. of California Press, 2003. William Armstrong Percy, III. Pederasty and Pedagogy in Archaic Greece, University of Illinois Press, 1996. Stephen O. Murray and Will Roscoe, et al. Islamic Homosexualities: Culture, History, and Literature, New York: New York University Press, 1997. J. Wright & Everett Rowson. Homoeroticism in Classical Arabic Literature. 1998. (pbbk)/ (hdbk) Gary Leupp. Male Colors: The Construction of Homosexuality in Tokugawa Japan, Berkeley, University of California Press, 1995. Tsuneo Watanabe & Jun'ichi Iwata. The Love of the Samurai. A Thousand Years of Japanese Homosexuality, London: GMP Publishers, 1987. Sigmund Freud. Three Contributions to the Theory of Sex. Bisexuality: Theories, Research, and Recommendations for the Invisible Sexuality by D. Joye Swan and Shani Habibi, Editors Dual Attraction: Understanding Bisexuality by Martin S. Weinberg, Colin J. Williams, & Douglas W. Pryor, Bi Any Other Name : Bisexual People Speak Out by Loraine Hutchins, Editor & Lani Ka'ahumanu, Editor Getting Bi : Voices of Bisexuals Around the World by Robyn Ochs, Editor & Sarah Rowley, Editor The Bisexual Option by Fritz Klein, MD Bi Men : Coming Out Every Which Way by Ron Suresha and Pete Chvany, Editors Bi America : Myths, Truths, And Struggles of an Invisible Community by William E. Burleson Bisexuality in the United States : A Social Science Reader by Paula C. Rodriguez Rust, Editor Bisexuality : The Psychology and Politics of an Invisible Minority by Beth A. Firestein, Editor Current Research on Bisexuality by Ronald C. Fox PhD, Editor Bryant, Wayne M.. Bisexual Characters in Film: From Anais to Zee. Haworth Gay & Lesbian Studies, 1997.
Xarici keçidlər
American Institute of Bisexuality American Psychological Association's Lesbian, Gay, Bisexual and Transgender Concerns Office "Bisexuality" at the Magnus Hirschfeld Archive for Sexology The Continuum Complete International Encyclopedia of Sexuality
Kateqoriya:Biseksuallıq Kateqoriya:LGBT Kateqoriya:LGBT terminləri Kateqoriya:Homoseksuallıq Kateqoriya:LGBT tədqiqatları Kateqoriya:Sosial problemlər