Axundova-Bağırbəyova Sona Əbdül qızı () — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960)

Həyatı Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb. 1938-1946-cı illərdə Azərbaycan Elmi Tədqiqat Oftamologiya İnstitutunda şöbə müdiri işləyib. Böyük Vətən müharibəsində Bakı qospitallarında gözündən zədə almış yaralılara yaxından köməklik edib. 1952-ci ildə professor, 1960-cı ildə Azərbaycyan SSR-in əməkdar həkimi, 1964-cü ildə Azərbaycan SSR əməkdar elm xadimi adlarına layiq görülüb.

Mükafatları Sona Axundova 1970-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının fəxri elmi məsləhətçisi seçilib, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, medallarla təltif edilib.

İstinadlar

Xarici keçidlər Sona Axundova

Həmçinin bax Ağa Axundov İsmayıl Axundov

Kateqoriya:Axundovlar (Şamaxı) Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın alimləri