Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir.

Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu.

Həyatı Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi.

Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi.

Xeyriyyə işləri O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı.

Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi. Evinin qarşısı həmişə qələbəlik olurdu. Xüsusən də "Əli süfrəsi" günlərində xeyirxah adamın qapısı hamının üzünə açıq olurdu.

Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. Görənlər söhbət edirlər ki, Məşədi Ələsgər "İmam ehsanlarında" 300 toyuq kəsdirər, hər adama bir toyuq qoydurardı. Orucluq aylarında 30 qoyun, üç dəvə kəsdirərdi və onun evi növbəyə dayanmış camaatla dolu olar, hər kəs öz azuqəsini alıb gedərdi.

Bu alicənab və xeyirxah insanın Bərməki tayfası (dağlılar) qırşısında ən böyük xidməti Dağlı məhəlləsində Dağlı məscidini tikdirməsidir. Bu məscid şəxsən onun pulu ilə hasilə gəlmişdi. Təəssüflər olsun ki, sovet dövründə o məscid sökdürülmüş, yerində hazırkı Cəfər Cabbarlı adına 161 nömrəli məktəb tikilmişdi.

Ermənilərə münasibəti Erməniləri sevmirdi. Xüsusilə Bakı milyonçusu Tumanyandan zəhləsi gedərdi. Ermənilərlə müsəlmanlar arasında tez-tez toqquşmalar olurdu və Məşədi Ələsgər hadisələrdə iştirak edən qoçuların hər birini lazımınca mükafatlandırırdı.

Türk əsirlərin xilas edilməsi Məşədi Ələsgərin ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanılan türk əsgərlərinə etdiyi köməklik idi.

1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsi boyu hücuma keçərək, Ərzurumu və Trabzonu tutdular. Bu döyüşlər zamanı türklərdən çoxlu əsir alınmışdı. Onlardan təxminən 400–600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca pis idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Onlar arasında müxtəlif xəstəliklər yayılırdı. Belə bir vəziyyətdə Məşədi Ələsgər onlara çox köməklik göstərmiş, pendir çəlləklərində onların adadan qaçırılıb vətənlərinə yola salınmasını təşkil etmişdi.

Bu xidmətlərinin nəticəsi olaraq şəxsən Ənvər Paşanın göstərişi ilə Məşədi Ələsgər qiyabi olaraq Osmanlının yüksək ordeni ilə təltif olunmuşdu.

Vaxtilə Nargində olan türklər içərisindən gələcəkdə Azərbaycanda tanınmış Əhməd Bədi Triniç, Mustafa Camaloğlu və başqa şəxsiyyətlər çıxmışdı. 1918-ci ildə Bakıda erməni-müsəlman qırğını zamanı həmin əsir türklər Bakı şəhərinin bir çox hissəsini, xüsusən İçərişəhəri qoruyub saxladılar.

Ölümü Məşədi Ələsgər 1917-ci ildə arxadan vurulan bir namərd gülləsinin qurbanı olmuşdu. Onun cənazəsini məhz Dağlı məscidində dəfn ediblər.

Həmçinin bax Hacı Zeynalabdin Tağıyev Musa Nağıyev

Qeydlər

İstinadlar

Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:Xızıda doğulanlar Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:1860-cı ildə doğulanlar Kateqoriya:1917-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:1917-ci ildə qətl