Stanislava Valaseviç () və ya Stella Uolş-Olson () – ABŞ-Polşa atleti. 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olmuşdur. 1947-ci ildə ABŞ vətəndaşlığına keçmişdir. 1980-ci ildəki ölümündən sonra hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur, lakin medalları geri alınmamışdır.

Həyatı 3 aprel 1911-ci ildə Polşa çarlığında doğulmuşdur. 3 aylıq olanda ailəsi ilə birlikdə ABŞ-yə gəlmişdir. Valideynləri Klivlenddə yaşamağa başlamış, atası polad sexində iş tapmışdır.

İdman karyerası Valaseviç Klivlendin şərqində yerləşən bir slavyan qəsəbəsindəki məktəbdə atletika ilə məşğul olmağa başlamışdır. 1927-ci ildə ABŞ Olimpiya komandasına seçilmişdir, lakin ABŞ vətəndaşı olmadığı üçün komandaya qatıla bilməmişdir. ABŞ-dəki polyaklar tərəfindən qurulmuş Sokol idman cəmiyyətinə qoşulmuşdur. Təşkilat tərəfindən Poznan şəhərində keçirilmiş müsabiqədə 5 qızıl medal qazanmışdır. Uğurlarından sonra Polşada qalmış və Polşa milli atletika komandasına qoşulmuşdur, lakin ABŞ-dəki yarışlarda iştirak etməyə davam etmişdir.

Bu dövrdə ABŞ-də müxtəlif həvəskar yarışlarda iştirak edərək 100 yarda qaçış, 220 yarda qaçış, uzağa tullanma yarışlarında ABŞ çempionu olmuşdur.USA Track & Field – USA Outdoor Track & Field Champions . Usatf.org. Retrieved on 13 July 2015. Uğurlarına görə Klivlend şəhəri tərəfindən maşınla mükafatlandırılmışdır. Ona ABŞ vətəndaşlığı təklif olunmuş, andiçməyə 2 gün qalmış fikrini dəyişərək Polşa vətəndaşlığını qəbul etmişdir. 1930-cu ildə "Przegląd Sportowy" qəzeti tərəfindən ən populyar Polşa atleti seçilmişdir.

1932-ci ildə Yay Olimpiya Oyunları zamanı Polşanı təmsil etmiş və 100 metrə qaçış yarışında dünya rekorunu təkrarlayaraq qızıl medal qazanmışdır. Uğurlarına görə Polşada Qızıl xaç mükafatı ilə təltif olunmuşdur. Bundan sonra 3 il boyunca Polşada ən populyar idmançı olmuşdur.

1933-cü ildə Varşava çempionatında 9 qızıl medal qazanmışdır. 17 sentyabr 1933-cü ildə eyni gündə 2 rekord qırmışdır: 60 metrə qaçışda 7,4 saniyə və 100 metrə qaçışda 11,8 saniyə.

1936-cı ildə Yay Olimpiya Oyunları zamanı 100 metrə qaçışda Helen Stivensə məğlub olaraq gümüş medal qazanmışdır. İronik olsa da, Polşa mediası Stivensin əslində Stivensin kişi olduğunu bildirmiş və Stivens cinsiyyət testi etməyə məcbur olmuşdur.

Olimpiya oyunlarından sonra ABŞ-yə köçərək həvəskar yarışlara davam etmişdir. İkinci dünya müharibəsi zamanı və ondan sonra 100 metrə qaçış üzrə (1943, 1944 və 1948), 200 metrə qaçış üzrə (1939–40, 1942–48), diskatma üzrə (1941–42) və uzağa tullanma üzrə (1938–46, 1948, 1951) ABŞ milli çempionatlarının qalibi olmuşdur.

1947-ci ildə ABŞ vətəndaşı olmuş və 1956-cı ildə evlənmişdir.

Ölüm və cinsiyyət mübahisəsi 4 dekabr 1980-ci ildə Polşa basketbolçularını qarşılamaq üçün lent alarkən bir qarət zamanı güllə yarasından ölmüşdür. Meyit yarma zamanı uşaqlığının olmadığı, anormal sidik kanalına və funksiyası olmayan, inkişaf etməmiş penisə malik olduğu məlum olmuşdur. Xromosom analizi zamanı həm kişi, həm qadın xromosomlarına malik olduğu aşkarlanmışdır.

Bioloji cinsiyyəti məsələsi həll olunmamış qalsa da, onun doğum haqqında qeydləri onun qadın olduğunu bildirir. Cinsiyyəti haqqında yarananlar qalmaqaldan sonra onun idman uğurlarının ləğv olunması haqqında da mübahisələr yaranmışdır.

İstinadlar

Kateqoriya:Olimpiya qızıl medalına sahib idmançılar Kateqoriya:Olimpiya gümüş medalına sahib idmançılar Kateqoriya:Polşadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Polşanın olimpiya yüngül atletləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:İdman mübahisələri Kateqoriya:İdmançılar 1936 Yay Olimpiya Oyunlarında Kateqoriya:İnterseks Kateqoriya:Polyaklar Kateqoriya:Qətl qurbanları Kateqoriya:Rusiya mühacirləri Kateqoriya:XX əsr ABŞ qadınları Kateqoriya:XX əsr Polşa şəxsləri Kateqoriya:Yüngül atletika üzrə Avropa çempionları