Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; ) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru.

Həyatı Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümum-Rusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.

Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur. ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Zeynal Nağdəliyev isə deputat seçilə bilməmişdir.Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357

2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilibPREZİDENT DÖVLƏT QULLUQÇULARINI TƏLTİF EDİB (Siyahı) . 2017-ci ilin noyabr ayında Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailələlidir, iki övladı var.

Əmək fəaliyyəti 05.04.1981–27.08.1982, 55 nömrəli texniki-peşə məktəbinin komsomol komitəsi, Katib 30.08.1982–24.11.1984, Azərbaycan LKGİ MK, Təlimatçı 24.11.1985–03.04.1986, Azərbaycan LKGİ Əzizbəyov rayon komitəsi, Birinci katib 03.04.1986–27.02.1987, Azərbaycan LKGİ MK-nın İdman, hərbi-kütləvi işlər şöbəsi, Müdir 27.02.1987–24.07.1990, Azərbaycan LKGİ-nin Təşkilat-kadr işləri şöbəsi, Müdir 24.07.1990–14.09.1991, Azərbaycan LKGİ MK, Katib 14.09.1991–01.04.1994, Azərbaycan Gənclər Təşkilatının Mərkəzi Komitəsi, Katib 05.03.2001–23.04.2003, Ümum-Rusiya Azərbaycan Konqresi, İcraçı direktor 14.04.2003–14.12.2005, Lənkəran şəhəri İcra hakimiyyəti, Başçı 14.12.2005–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Müdir 29.11.2012–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini 31.05.2017 — h/h, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi — şöbə müdiri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Lənkəran Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri