Soyuq Günəş — 2018-ci ildə çəkilmiş Ləzgi filmi. Filmdə Yarmət və Yarqunatın inanılmaz sevgi hekayəsindən bəhs olunur. Ssenari və prodüserinin müəllifi olan Sədaqət Kərimova, filmi şəxsi vəsaiti hesabına yaradılıb. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzləri haqqında təsvirlər verilib.
Məzmunu Filmdə Yarqunat və Yarmətin güclü sevgisindən bəhs olunur. Onların sevgisi o qədər güclü idi ki, heç kim bu sevgiyə mane ola bilməzmiş. Yarqunatın atası və anası qızlarını Osmana ərə vermək istəyirmiş. Ona görə ki, həyatın bütün nemətlərini qızının ayağının altına versin. Talehsiz qız, bir gün Osmana ərə gedərmiş. Və bir anda Yarmət bu evliliyə mane olarmış. Qadının biri həyətə yaxınlaşıb, alman faşistlərinin dava başlatdığını deyir. Sonra kəndin bəzi oğlanları alman faşistlərin Azərbaycana daxil olmaması üçün səfərbər olarmış. Yarqunat heç vaxt Osmanın ona toxunmağına icazə verməz və Yarmətə olan sevgisinə sadiq qalar. Aradan 40 il ötür, Yarmət Yarqunatın qarşısına Sadir və Ləzgiyə ilə çıxır. Yarqunat bir anlıq şok keçirdib yerə yıxılır. Yarmət, Sadir, Ləzgiyə və Yarqunat ilə şam yeməyi yedikdən sonra Türkiyədəki ailəsinin yanına qayıdır. Bu hüznlü hekayənin də sonu belə bitir.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Elşən Zeynallı Prodüser: Sədaqət Kərimova Ssenari müəllifi: Sədaqət Kərimova Quruluşçu operator: Elxan Rüstəmov Bəstəkar: Sədaqət Kərimova Səs operatoru: Əliabbas Qasımov Səs rejissoru: Teymur Kərimov Montaj: Nicat Qayıbov Rejissor: Məlahət Əhməd Qrim: Səadət Sadıqova İşıq: Ərşad Mehdiyev, Ramin Rəhimov İcraçı prodüser: Mübariz Əzizov Quruluş və geyim üzrə rəssam: Sevda Məmmədova Rejissor asisstenti: Əli Faiq Operator assistenti: Məmmədağa Sadıqov Fokus-puller: Aqil Məmmədov Sinxron səslər: Əliqulu Səmədov Kostyum: Gülxar Sadıqova Dərzi: Aida İbrahimova Rekvizit : Aynur Novruzbəyova
Rollarda İranə Kərimova — Yarqunat Firəngiz Babayeva — Yarqunatın qoca halı Mirsənan Kazımov — Yarmət Füzuli Hüseynov — Yarmətin qoca halı Qəmər Məmmədova — Eminat Ədalət Abdulsəməd — Məhəmməd Dilarə Fərəcullayeva — Avsiyat Niyaz İlyasoğlu — Həmdulla Könül Şahbazova — Yengə İlhamə Əhmədova —Salihat Elçin Əfəndi — Osman Məlahət Əhməd — Sona Şəhla Məmmədova — Tavat Aygün Fətullayeva — Qatfar Turəxanım Qasımlı — Suvar Gövhər Şabanova — Ləzgiyə Nəzrin Məmmədova — Mədinə Flora Hüseynova — Mədinənin qocalığı Araz Pirimov — Sadir Zeynal Zeynallı — Sadirin uşaqlığı Qurban Əhmədov — Şahmir Cabbar Kərimov — Qədir Cavid Tahirov — Vəlibəy
Çəkiliş yerləri • Filmin çəkilişi Qusarın Həzrə kəndində olmuşdur.
Problemlər 2020-ci il martın 16-da filmin ləzgi və Azərbaycan dilində premyerası olacaqdı, lakin pandemiya səbəbindən premyera təxirə salınır. Film yaradıcıları pandemiyanın bitməsini real görmədikləri üçün, filmi YouTube platformasına yerləşdirməyi qərara alırlar.
Həmçinin bax • Həzrə
İstinadlar
Xarici keçidlər İzlə
Kateqoriya:2020-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ləzgicə filmlər