Moğıliv-Podilskıy (, , , ) — Ukraynanın Vinnitsa vilayətində şəhər, eyniadlı rayonun inzibati mərkəzi. Dnestr çayı sahilində gəmi dayanacağı rolu oynayan şəhərdə dəmiryol stansiyası var. Moğıliv-Podilskıydə maşınqayırma, cihazqayırma, mexaniki təmir, şərab, konserv, yağ zavodları, mebel, tikiş fabrikləri, tikinti-quraşdırma, ticarət texnikumları, tibb, musiqi, idman məktəbləri, mədəniyyət evi, ölkəşünaslıq muzeyi və s. var. XVI əsrdə salınmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Вирський Д. С. Могилів-Подільський // Енциклопедія історії України: у 10 т. / Редкол.: В. А. Смолій (голова) та ін.; Інститут історії України НАН України. — К.: Наукова думка, 2010. — Т. 7: Мл — О. — 728 с.: іл. — ISBN 978-966-00-1061-1. — С. 14.

Xarici keçidlər

Kateqoriya:Ukrayna şəhərləri