Zəncan bazarı () — Qacarlar dönəminə aid, indiki Zəncan şəhərinin güneyində yerləşən tarixi abidə və Zəncanın ən böyük və önəmli alış-satış mərkəzi.
Haqqında 1791-ci ildə Ağaməhəmməd şah Qacar dönəmindən bəri tikintisi başlayan Zəncan bazarı, səkkiz ildən sonra 1799-cu ildə inşası sona çatmışdır. Bura keçmişki Qoltuq qapısının yanında yerləşərək, Zəncandan başqa Qəzvin və Təbriz arasında olan ticari əlaqələrdə önəmli rol oynamışdır. Bazar habelə İndiki İranın ən uzun qapalı bazarı kimi tanınmaqda. Zəncan bazarı öz içərisində müxtəlif saraylar, məscidlər, hamamlar, karvansaraylar və başqa tikililəri yerləşdirir ki bunların bir sırası sonrakı dönəmlərdə bazara əlavə olunmuşdur. Hazırda Zəncan bazarı Aşağı baş və Yuxarı baş adlı iki hissəyə bölünür.
Qalereya
İstinadlar
Houratour: Zəncan bazarı Zəncan portalı
Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Zəncan abidələri