Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi () — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir.

Nöyi sülhünün şərtləri: Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir. Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir. Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür. Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür.

Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Borisova, Galina M. "Bulgaria, Greece and Britain's Policy 1919." Etudes Balkaniques (1983) 19#3 pp 77–91. Buirette, O. "The treaties of Neuilly-sur-Seine (1919) and Sevres (1920), or the redefining of a new Balkan Europe." Bulgarian Historical Review-Revue Bulgare d'Histoire 3-4 (2001): 99-113. Chary, Frederick B. The history of Bulgaria (ABC-CLIO, 2011). Nestor, Stelios. "Greek Macedonia and the Convention of Neuilly (1919)," Balkan Studies (1962) 3#1 pp 169–184. online

Xarici keçidlər

Müqavilənin mətni Nöyi sülhü dövründə Avropa xəritəsi — "omniatlas.com" saytında.

Kateqoriya:Bolqarıstan–Rumıniya münasibətləri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Çinin müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Tailandın müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Şimali Makedoniya tarixi Kateqoriya:Frakiya Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:Bolqarıstan–Serbiya münasibətləri