İosif Eliozoviç Noneşvili (; ) — Gürcüstan-sovet şairi.
Həyatı İosif Eliozoviç Noneşvili 6 aprel 1918-ci il tarixində o vaxtlar Zaqafqaziya DFR-nın bir hissəsi olan Gürcüstanın Kardanaxi kəndində anadan olmuşdur. O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Noneşvili 1968-ci ildən Gürcüstan Yazıçılar İttifaqı İdarə heyətinin katibi, 1973-cü ildən isə Gürcüstan SSR Sülhü Müdafiə Komitəsinin sədri olmuşdur. O, 18 oktyabr 1980-ci il tarixində, 62 yaşında SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir.
Yaradıcılığı Sovet vətəndaşlarının döyüş və əmək rəşadətinin, duyğularının, sülh uğrunda mübarizəsinin tərənnümü Noneşvilinin yaradıcılığının başlıca mövzularındandır. Bunlara "Qonaq gəlin Gürcüstana", "Sülh uğrunda", "Puşkinin heykəli yanında", "Sayat Novanın xatirəsinə", "İki Zoya" və s. şeirləri, "Bir qız haqqında povest" poeması və s. aiddir. Onun Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan poeziyasından tərcümələri var.
Təltif və mükafatları 2 orden və medallarla təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər Страница на сайте ПЕН-центра Грузии
Kateqoriya:Gürcü şairlər Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər