Aleksandr Aleksandroviç Novikov (; ) — SSRİ hərbi xadimi, İkinci Dünya müharibəsi zamanı baş aviasiya marşalı.
Həyatı Aleksandr Aleksandroviç Novikov 19 noyabr 1900-cu il tarixində Rusiya imperiyasının Kostroma quberniyası tərkibindəki Nerext mahalının Blaznovsk volostunda anadan olmuşdur. O, 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamışdır. Novikov 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, bir sıra hərbi kursları (1920, 1922), M. V. Frunze adına hərbi Akademiyanı (1930) bitirmişdir. Novikov Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. O, SSRİ–Finlandiya müharibəsində (1939–1940) və İkinci Dünya müharibəsinin əvvəlində bir sıra cəbhələrdə HHQ komandanı, 1942–1943-cü illərdə SSRİ müdafiə komissarının aviasiya üzrə müavini, 1934–1945-ci illərdə Sovet Ordusu HHQ-nin komandanı olmuşdur. Müharibədən sonra məsul hərbi vəzifələrdə, 1956-cı ildən ehtiyatda idi. 1958-ci ildə təqaüdə çıxmışdır. SSRİ Ali Sovetinin (II çağırış) deputatı seçilmişdir. Aleksandr Novikov 3 dekabr 1976-cı ildə, 76 yaşında SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir
Təltif və mükafatlar Aleksandr Novikov iki dəfə Sovet İttifaqı Qəhrəmanı (17.4 və 8.9.1945) adına layiq görülmüşdür. O, 3 dəfə Lenin ordeni, 9 digər orden, medallar, həmçinin xarici ordenlərlə təltif olunmuşdur.
İstinadlar
Ədəbiyyat Kerr, Walter The Russian Army: Its Men, Its Leaders and Its Battles, 2005 Kurowski, Franz Luftwaffe Aces: German Combat Pilots of World War II, 2004 Lauterbach, Richard Edward These are the Russians, 1945 MacCauley, Martin Who's Who in Russia Since 1900, 1997 Parrish, Michael Sacrifice of the Generals: Soviet Senior Officer Losses, 1939–1953, 2004 Taylor, Brian D. Politics and the Russian Army: Civil-military Relations, 1689–2000, 2003
Xarici keçidlər
Kornukov, A. M. Chief Marshal of Aviation AA. Novikov – His 100th Birthday
Kateqoriya:SSRİ zabitləri Kateqoriya:SSRİ pilotları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Repressiyaya uğramış hərbi xadimlər Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)