Çarın Milli Park () rəsmi olaraq, Şarın Kanyonu Milli Təbiət Parkı ― Qazaxıstanda Şarın kanyonu da daxil olmaqla Şarın çayı boyunca uzanan milli bir park. İncə təbəqələnmiş qırmızı çöküntü süxurlarından ibarət kanyonun ABŞ-dəki Böyük Kanyona bənzədiyi deyilir. Lakin Şarın kanyonunun ölçüsü daha kiçikdir: bir ucundan digər ucuna olan məsafə 50 km-dir. Təxminən 125 050 hektar əraziyə sahib olan park Almatı vilayətinin Enbekşikazax, Raymbeks və Uyqur rayonlarını əhatə edir. Milli park Almatı şəhərinin 200 km şərqində yerləşir.
Park 2004-cü ildə kanyonun geoloji cazibəsinin, çayın və səhra sisteminin ekoloji kövrəkliyini və ətrafdakı arxeoloji sahələri qorumaq məqsədi ilə qurulmuşdur və bəzi hissələri istirahət üçün ayrılmışdır.
Topoqrafiya Park uzun və incədir: 50 km məsafədə uzanaraq Şarın çayının hər iki sahilini qoruyur, lakin eni sadəcə 3 kilometrdir. Kanyonun dərinliyi 370 metrə çatır və dibi dəniz səviyyəsindən təxminən 1100 metr yüksəkdir.
Parkın müxtəlif alt sahələri üçün dörd səviyyəli qorunma tətbiq olunur: Qoruq sahəsi (9427,5 hektar), ətraf mühitin stabilizasiyası zonası (13 147,3 hektar), turizm və istirahət iölgəsi (77 739 hektar) və məhdud iqtisadi fəaliyyət bölgəsi (26 736, 2 hektar).
İqlim left|thumb|300x300px| Şarın kanyonundan axan eyniadlı çayParkın iqlimim soyuq qışı və isti, quru yayı olan soyuq yarım-səhra iqlimi olaraq təsnif edilmişdir. Orta illik yağıntı 312 mm təşkil edir (maksimum yayda). Ərazinin orta temperaturu yanvar ayında , iyul ayında isə - -dir.
Bitkilər və heyvanlar Parkda Paleogen dövründə Tyan-Şan dağlarının şimal yamaclarına yayılmış Soqdiana göyrüşünün (Fraxinus sogdiana) əvvəllər mövcud olmuş uzun meşə qurşağının qalıqları vatr. Bu ağaclar təxminən 5 000 hektar ərazini əhatə edir. Bir qədər yuxarıda dominant bitkilərin saksaul, Eurotia və acılıqotu olduğu unikal icma mövcuddur.
Alimlər milli parkda 32 növ məməli, 18 sürünən, 4 amfibiya, 100 quş və 1000-dən çox bitki qeydə almışdır və bunlardan 50-si nadir və ya endemikdir. İstinadlar
Kateqoriya:Qazaxıstan milli parkları Kateqoriya:2004-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Almatı vilayəti coğrafiyası Kateqoriya:Kateqoriya BTMİ II