Qarabağ müharibəsi tank memorialı (, Artsaxyan azatamarti tank-huşardzan) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Əsgəran qəsəbəsində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan tank memorialı.Տանկից տանկ, դիրքից դիրք. ՀՅԴ ԱԵՄ-ը Արցախի դրոշը տեղակայել է Ասկերանի տանկ-հուշարձանին, (արխիվացված 09․07․2021թ․)ՀՅԴ ԱԵՄ-ը Արցախի դրոշը տեղակայել է Ասկերանի տանկ-հուշարձանին, (արխիվացված 09․07․2021թ․)
Tarixi Tank memorialı erməni separatçı qüvvələri tərəfindən 1992-ci ildə Şuşanın işğalının xatirəsinə ucaldılmışdır. Memorialı Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yüksək vəzifəli şəxsləri və hərbi xadimləri ziyarət etmişdir.Մեր հաղթանակների մայիսը, (արխիվացված 09․07․2021թ․) Tank memorialı hərbi silahlı qüvvələrin andiçmə mərasimi zamanı ucalmışdır. Mərasimdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Levon Mnatsakanyan və digər yüksək vəzifəli şəxslər iştirak etmişdir.<<Ես եմ>> ծրագրով ծառայության անցած նորակոչիկները ընդունել են զինվորական երդում, (արխիվացված 09․07․2021թ․)
Təsviri Memorial Əsgəran–Ağdam yolunun sol tərəfindəki kiçik bir təpədə ucaldılmışdır. Memorial üzərində "T-72" tankı olan daş postamentdən və ona bitişik parkdan ibarətdir. Həmin "T-72" tankı Ağdamın işğalında iştirak etmişdir. Həmin döyüşlərdə tank əleyhinə minaya düşmüş və nəticədə bütün heyəti ölmüşdür. Ermənilər müharibədən sonra tankı bərpa edərək abidə kimi istifadə ediblər.
Qalereya
İstinadlar
Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:Xocalı rayonunun görməli yerləri