Xəlifə Altay Qakibula () — Qazax yazıçısı və antropoloqu, türkoloq, ilahiyyatçı, yazıçı və tərcüməçi və diaspor rəhbəri. Xəlifə Altay Altay bölgəsində anadan olsa da, milliyətcə qazax idi. Ailəsi Altay qazaxlarındandır. İnqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. Xəlifə Altay uzun müddət Türkiyədə yaşayıb yaratmışdır. Burada Qazax diasporunun rəhbəri olmuşdur. 1980-ci illlərin ikinci yarısında SSRİyə Qazaxıstana köçmüşdür. 2003-cü ildə Qazaxıstanda vəfat etmişdir.

Həyatı Xəlifə Altay 1917-ci ildə Şərqi Türkistanın Altay bölgəsinin Çingil bölgəsində anadan olub. Qarayilər xalqının kerey soyundan gəlir.

Çində inqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. 1954-cü ildən bəri Türkiyədə yaşayıb, orada qazax diasporuna rəhbərlik edib.

Altay Xəlifə Sintszyandan qaçqın düşdüyü zaman mühacirətdə qazaxların bu köçü və qazax mədəniyyəti haqqında yazıb yaradır. Bir müddət Türkiyədə yaşayır, sonra Qazaxıstana köçür. Türkiyədə olduğu müddətdə Xəlifə Altay qazax mədəniyyətinin yayılmasına çalışır. O, diaspora fəaliyyətində nəinki, Qazaxıstanda yaşayan qazaxları, Çin və Monqolustanda yaşayan həmyerlilərinin hüquqları uğrunda mübarizə aparır. Doğulandan qürbəttə yaşamasına baxmayaraq, qazax dilini unutmur və yaradıcılığını doğma dilində inkişaf etdirir.

"Alaş" mükafatı laureatı,Qazaqstan jazuwşıları: Anıqtamalıq/Qurastıruwşı: Qamşıger Sayat, Jumaşeva Qayırniysa — Almatı: "Аñ arıs" baspası, 2009 jıl Türkiyədən gəlmiş Xəlifə Altay Qazaxıstana gəldikdən sonra Kurultayı "Qazax xalqının tarixinə qızıl hərflərlə yazılacaq bir hadisə" olaraq qiymətləndirdi. "Harada və hansı şəraitdə olmağımızdan asılı olmayaraq, düşüncələrimizdə həmişə Vətənlə bir yerdə idik. İndi gələcək Qazaxıstan müstəqil Qazaxıstanın gücləndirilməsinin və inkişafının məsulu olacaq. Bunun üçün milli qürurun oyanması, xalqın birləşməsi lazımdır."– deyə bildirdi.

Ən böyük arzularından biri Almatıda məscid tikdirmək idi. Altay Xəlifəyə görə həqiqi müsəlman məscidi yalnız ayinlər üçün yer deyil, hər şeydən əvvəl mədəniyyət mərkəzi olmalıdır.

Xəlifə Altay 2003-cü ilin avqust ayında vəfat edib.

Əsərləri Xəlifə Altay, Anayurddan Anadoluya, Ankara: Kültür Bakanlığı Yayınları, 1981. Xəlifə Altay, Qazax Türklərinə aid şəcərə, İstanbul, 1997. 1995-ci ildə "Siyer-i Nebi" adlı kitabı çap olunur. " Qazax Türklərinin Şəcərəsi". 1977. "Xatirələrim" (Естеліктерім) "Ata yurddan Anadoluya" Quran yolu ve İmanın şərtləri "Altaydan Aşğan El" adlı kitabları çap olundu. 1991-ci ildə qazax dilinə tərcümə etdiyi Qurani-Kərimin tərcüməsi və mənası Fəhd mətbəəsində 88.000 nüsxədə çap olunub. "Kəlam Şərif"-i tərcümə edib, bir çox dini kitabların müəllifidir.

İstinadlar

Xarici keçidlər

Qazaxların şeyxi Xəlifə Altay Şeyxin xatirəsinə. Qazaxıstanın Altay Xəlifə vəqfi İslamın dinc təbiətini təbliğ etmək üçün beş illik fəaliyyətini qeyd etdi Алтай Халифа аударған Құран Кәрім қазақша мағынасы және түсінігі Қазақ Құран аудармасы

Kateqoriya:Qazaxıstan yazıçıları Kateqoriya:Quran tərcüməçiləri Kateqoriya:Qazaxıstanda doğulanlar Kateqoriya:Qazaxıstanda vəfat edənlər Kateqoriya:Şair qaralamaları