Doqmit () və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir.

Tarixi "Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür. Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.Matt Bertz, Codec Chatter: Assassin's Creed Scribe Corey May , Game Informer, 1 October 2009.

Doqmit "Fallout 2" videooyununda pasxa yumurtası tipli "Qırılmış xəyalların kafesi" adlı xüsusi rastlaşmada qeyri-kanonik bir kameo edir. "Fallout 2"-nin oyunçu personajı "Seçilmiş olan" rastlaşma zamanı 13 nömrəli sığınacağın kombinezonunu geyərsə, Doqmito sahiblənə bilər. Bunu videooyundakı bir baq səbəbindən Brickiper xalatı ilə də etmək mümkündür. Oyunçu Doqmiti öldürməyi seçərsə, "Dəli Maks" filmində eyniadlı rolu canlandıran Mel Gibsona istinadən Mel adlı bir adam meydana çıxacaq və Doqmitin intiqamını almağa çalışacaq. Personaj "Fallout" kainatının xaricində də kameo etmişdir. Bunlara "Troika Games" tərəfindən 2001-ci ildə hazırlanmış və istehsal prosesində "Fallout" videooyununun dizayneri Tim Keynində iştirak etdiyi "Arcanum: Of Steamworks and Magick Obscura" və 2004-cü ildə "Fallout" videooyununun prodüseri Brayan Farqonun başçılıq etdiyi "inXile Entertainment" tərəfindən hazırlanan "The Bard's Tale" videooyunları aiddir. "Black Isle Studios" şirkətinin "Van Buren" adlı üçüncü bir "Fallout" videooyun layihəsində Doqmiti geri gətirmək planları yox idi. Hər halda, videooyun sonradan ləğv edilmişdir.

Doqmit adlı tamamilə fərqli bir it personaj "Bethesda Softworks" tərəfindən hazırlanmış və yayımlanmış "Fallout 3" videooyununa əlavə edilmişdir. Videooyununun hadisələri 2277-ci ildə cərəyan edir. Doqmitin keçmiş sahibi itin tapıldığı zibilxanada bir qrup reyder tərəfindən öldürülmüşdü. Doqmit "Fallout 3"-ün oyunçu personajı "Yalnız gəzəyən" tərəfindən sahiblənə bilər. İt oyun boyunca dəyərli əşyaları tapıb oyunçuya gətirə bilər.Chris Hicks, Three Fallout 3 screens – including Dog Meat | Faithful friend returns in sequel , GamesRadar, 21 April 2008. "Fallout 3" videooyununun "Broken Steel" genişləndirmə dəsti oyun zamanı ölən Doqmiti qeyri-məcburi olaraq onun yenisi ilə əvəz edilməsinə imkan verir. Personajın bu versiyasının sağlamlıq sayğacı orijinalından iki dəfə çoxdur, yəni başlama vahidi 500 əvəzinə 1.000 dəyərindədir.Karen Schrier, David Gibso, Designing Games for Ethics: Models, Techniques and Frameworks, page 33. Azarkeşlər tərəfindən yaradılmış və Doqmit üçün zireh yaradan mod "Destructoid" saytı tərəfindən "Bethesda" şirkətinin "The Elder Scrolls IV: Oblivion" videooyunundakı məşhurRichard Cobbett, Feature: The best and worst DLC , ComputerAndVideoGames.com, 12 February 2012. ödənişli "at zirehi" genişləndirmə paketi ilə müqayisə edilmişdir. Əlavə olaraq, saytda onlar arasındakı fərqin Doqmitin zirehinin "ödənişsiz və işlək" olduğu qeyd edilmişdir.Conrad Zimmerman, Dogmeat mod for Fallout 3 protects the pooch , Destructoid, 20 July 2009.

Doqmitin yeni versiyası "Fallout 4" videooyununa əlavə edilmişdir. Bu videooyunda Doqmit bir alman çoban itidir və ölümsüzdür. Personajın bu versiyası "Fallout Shelter" videooyununda da görünür.

Dizaynı thumb|left|upright|"Fallout 3" videooyununda Doqmitin dizaynı "Dəli Maks 2" filmindəki eyniadlı personajın itinə oxşaması üçün "göy hiler" cinsinə əsaslanmışdır.

Doqmit 1981-ci ildə çəkilmiş postapokaliptik mövzulu "Dəli Maks 2" filmindəki Maks Rokatanskinin (Dəli Maks) adsız itindən ilham alınaraq yaradılmışdır. Personajın ilk adı "Doqşit" () idi və bu, 1975-ci ildə çəkilmiş postapokaliptik "Oğlan və iti" filminin açılış səhnəsindən alınmışdır. Burada baş qəhrəman Vik Blad () adlı itini "Doqmit" adlandırır. "Fallout" videooyununun prodüseri, aparıcı proqramçısı və dizayneri Tim Keynə görə, "videooyununun bədii rejissoru Leonard Boyarski ofisində bu filmi davamlı olaraq izləyirdi" və oyuna bir itin əlavə edilməsinin "bomba" olacağını demişdir. Keyn "Fallout" videooyununun proqramçısı və dizayneri Cessi Hayniqi "Doqmitin yaradılmasına görə təşəkkür ediləcək adam" adlandırmışdır. Hayniq özü demişdir ki, öz fikrinə görə, "Fallout" videooyununun dizayneri Skott Binni personajın adının nə olacağına qərar vermiş və onu sözügedən film səhnəsindən almışdır.

"Fallout" videooyununun dizayneri Kris Teylor 2009-cu ildə "Doqmitin bu qədər populyar bir personaj çevriləcəyini heç gözləmədikləri"ni söyləmişdir. O, "oyunçuya qoşulan qeyri-oyunçu personajların həmişə şiddətli bir sona çatacağını düşündüyü"nü, lakin "oyunçuların xüsusilə də hərbi bazadakı güc sahələrindəki cəhənnəmdən keçərək Doqmiti sona qədər yaşatmaq üçün gördüyü bütün işlərdən xəbərdar olduqda şoka düşdü"yünü qeyd etmişdir. "Fallout 2" və "Fallout: New Vegas" videooyunlarının dizayneri Kris Avellona görə, Doqmit müxtəlif səbəblərdən "mübahisəsiz ən uğurlu NPC yoldaşdır". Ona görə, ilk növbədə, personaj danışmadığı üçün "oyunçular ona istədiyi şəxsiyyəti verə bilər". İkincisi, Doqmit "döyüşdə təsirlidir" və nəhayət, personaj "dəridən qabıqdan çıxaraq sona qədər oyunçu personajın yanında qalan bir itdir".Michael Fiegel, The Escapist : Junktown Dog , The Escapist, 21 July 2009.

"Fallout 4" videooyununda Doqmitin hərəkətlərini qeyd alan River adlı real bir alman çoban itidir. 27 iyun 2021-ci il tarixində videooyununun baş dizayneri Col Bercess öz rəsmi "Twitter" hesabında Riverın vəfat etdiyini təsdiqləmişdir.

Qəbulu

"Kotaku" saytının jurnalisti Oven Qud Doqmiti "franşizanın ən simvolik personajlarından biri", eyni zamanda seriyanın "emosional olaraq ən uyğun xüsusiyyətlərindən biri" adlandırmıdşır.Owen Good, Dogmeat, the Emotional Center of Fallout , Kotaku, 26 July 2009. Skott Rocers tərəfindən yazılmış "Səviyyə adlamaq!: Möhtəşəm videooyun dizayn bələdçisi" () kitabında "partiya üzvlərinin insan olmasına ehtiyac yoxdur" mövzusunu müzakirə edilərkən Doqmit nümunə götürülmüşdür.Scott Rogers, Level Up!: The Guide to Great Video Game Design, page 52. "UGO Team" 2008-ci ildə Doqmitin "Fallout" seriyasındakı "personajların mübahisəsiz çempionu" olduğunu və yalnız onların yox, həm də bütün videooyun sənayesinin sevimli bir it olduğunu bildirmişdir.UGO's Favorite Fallout Characters , UGO.com, 17 September 2008 Elə həmin il "Bit-tech" internet portalının mütəxəssisi Co Martin Doqmiti "bütün zamanların ən yaxşı videooyun qeyri-oyunçu personajı" siyahısında 6-cı yerə layiq görmüşdür. Martin Doqmitin oyunçuların "məhz sağ qalma şansı daha çox olsun deyə bir videooyununun əhəmiyyətli hissələrini yenidən yükləyəcək və təkrar oynayacağı" tək videooyun personajı olduğunu yazmışdır.Top 10 Computer Game NPCs . bit-tech.net. Retrieved on 18 July 2008 "The Escapist" yazıçısı Mayk Figel 2009-cu ildə Doqmiti "Fallout" kainatının ən sevilən personajı adlandırmışdır. O, Doqmitin "qayğısız bir çöllükdəki mənəvi bir kompass" olduğunu qeyd etmişdir. Doqmit 2010-cu ildə "The Escapist" internet portalının əməkdaşı Liza Foylz, 2012-ci ildə "PlayStation Official Magazine" jurnalının əməkdaşı Maykl Perri,Michael Perry, The top five PlayStation Dogs , PlayStation Official Magazine, 3 April 2012 2013-cü ildə "Kotaku" saytının əməkdaşı Corco Vas,Gergo Vas, The Most Awesome Video Game Dog Companions , Kotaku, 6 March 2009. 2014-cü ildə "Paste" internet portalının əməkdaşı Brayan Teylor və "Bild" qəzetinin işçiləri daxil olmaqla bir çox publikasiya tərəfindən tərtib edilmiş "ən yaxşı videooyun itləri" siyahılarına daxil edilmişdir. "IGN" jurnalisti Rayan MakKeffri "Fallout 4" videooyununda geri qaytarılmasını ən çox istədiyi şey olaraq Doqmiti seçmişdir. "Kotaku" mütəxəssisi Loren Rouz personajı "videooyunların əsl ən yaxşı oyunçuları olan ən yaxşı heyvan yoldaşlardan biri" hesab etmişdir.

Doqmit çoxsaylı publikasiyalar tərəfindən videooyunlardakı ən yaxşı saydkik tipli personajlardan biri kimi qəbul edilmişdir. Personaj orijinal videooyunda "başını bəlaya salmağa meylliliyi, hər hansı bir fənd göstərməyi bacarmaması və sözə qulaq asmamasına baxmayaraq" 2000-ci ildə "GameSpot" internet portalının tərtib etdiyi "ən yaxşı videooyun saydkikləri" siyahısına daxil edilmişdir.The Ten Best Sidekicks: Dogmeat, GameSpot, 2000. (archived) O, eyni veb-sayt tərəfindən 2008-ci ildə "bütün zamanların ən böyük oyun saydkiki" adı üçün keçirilən anketdə iştirak edəcək 64 personajdan biri olaraq seçilmişdir.All-Time Greatest Game Sidekick- Current Standings , GameSpot, 2008. Doqmit 2004-cü ildə oyunçu personaja həddindən artıq sadiq qaldığı üçün "GameSpy" jurnalisti Deyv Kosakın "ən yaxşı videooyun saydkikləri" siyahısında ikinci yerə layiq görülmüşdür.Dave "Fargo" Kosak, Top Ten Videogame Sidekicks | 2. Dogmeat the Dog, GameSpy, 14 January 2004. (archived) "The Telegraph" 2008-ci ildə onu "videooyun tarixinin ən yaxşı saydkikləri"ndən biri kimi göstərmişdir.Tom Hoggins, The greatest sidekicks in gaming history , The Telegraph, 11 October 2008. "Maximum PC" 2011-ci ildə "görünüşü, cinsi və statistikası seriya boyunca dəyişsə də, Doqmit bir çempionun sədaqətinə və ürəyinə sahibdir" şərhini verərək personajı "25 ən yaxşı oyun saydkiki" adlı siyahısına daxil etmişdir.25 of Gaming's Greatest Sidekicks , Maximum PC, 22 November 2011.

"Fallout 4" videooyununda Doqmit obrazını canlandıran River adlı it "The CW" tərəfindən keçirilən "Dünya it mükafatları"nda "2015-ci ilin ən yaxşı videooyun iti" mükafatına layiq görülmüşdür. "ThinkGeek" şirkəti 2018-ci ildə Doqmitin heykəlini hazırlamış, onu satışa çıxarmışdır.

İstinadlar

Xarici keçidlər Doqmit – "Fallout" vikisi olan "The Vault" saytında.

Kateqoriya:Videooyunlarda uydurma heyvanlar Kateqoriya:Bethesda personajları Kateqoriya:Fallout Kateqoriya:Uydurma itlər Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Videooyun saydkikləri