Mariya Luiza Qabriella (; ) — Savoyya hersoqu II Viktor Amadeyin qızı, İspaniya kraliçası.
Həyatı 1688-ci ildə Turin Kral sarayında dünyaya gəldi. Atası Savoyya hersoqu II Viktor Amadey, anası isə Orlean hersoqu I Filippin qızı Orleanlı Anna Mariyadır. Uşaqlıq illəri böyük bacısı Mariya Adelaydla birlikdə keçdi və mükəmməl saray tərbiyə aldı. 12 sentyabr 1701-ci ildə hələ 13 yaşında ikən yenicə taxta çıxan İspaniya kralı V Filipplə nikahlandı. Tamamilə formal olan bu nikahdan 6 gün sonra Nitsada Roma papası XI Klement tərəfindən qarşılanan Mariya Luiza Qabriella bir həftə sonra Barselonaya yola düşdü.
Cütlüyün rəsmi toy mərasimi isə 2 noyabr 1701-ci ildə baş tutdu. Bir-birini sevən cütüyün bu nikahdan 4 oğlu doğuldu.
Lüdovik, İspaniya kralı Filipp (2 iyul 1709 – 18 iyul 1709) Filipp (7 iyun 1712 – 29 dekabr 1719) Ferdinand, İspaniya kralı
1702-ci ildə V Filipp İspaniya taxtı uğrunda davam edən müharibə səbəbilə Neapola yollandı. Bu müddət ərzində Mariya Luiza Qabriella naibə olaraq dövlət idarəsini ələ aldı.
Vərəmdən əziyyət çəkirdi və bu səbəblə, 14 fevral 1714-cü ildə hələ 25 yaşında ikən Madriddə vəfat etdi.
Mənbə
Ədəbiyyat Hume, Martin Andrew Sharp (1906). "Epilogue". Queens of Old Spain. E. Grant Richards. pp. 531 The Gentleman's magazine, Volumes 302–303, F. Jefferies, 1789, p 286 Orr, Clarissa Campbell (2004-08-12). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. ISBN 9780521814225
İstinadlar
Kateqoriya:Siciliya kraliçaları