Saruman və ya Ağ Saruman, daha sonralar isə Çoxrəngli Saruman — C.R.R.Tolkinin "Üzüklərin hökmdarı" fantastik romanında yer alan uydurma personaj və antaqonist. O, romanın əsas antaqonisti olan Saurona qarşı mübarizə aparmaq üçün ilahi varlıqlar olan Valar tərfindən insan qiyafəsində Orta Dünyaya göndərilmiş sehrbazlardan — İstarinin rəhbəridir. Lakin Sruman sonradan Sauronun gücünü özü üçün istəyir. Bu səbəbdən istariyə xəyanət edir və İzenqarddakı iqamətgahından Orta Dünyanı güc yolu ilə ələ keçirməyə çalışır. Onun planarı romanın ikinci cildi iolan "İki qüllə" əsərində mühüm yer tutur. Saruman üçüncü cild olan "Kralın qayıdışı" əsərinin sonunda da qısa müddətə görünür. Personajın əvvəlki həyatından isə Tolkinin ölümündən sonra nəşr edilmiş "Silmarilion" və "Yarımçıq rəvayətlər" əsərlərində qısa şəkildə bəhs olunur.

Saruman əsərdə hakimiyyətin və gücün pozucu təsirini təcəssüm etdirən bir neçə personajdan biridir. Onun bilik və nizama can atması öz tənəzzülünə səbəb olur. Ona bağışlanmaq və günahlarını yumaq imkanı verildikdə isə bu fürsətdən imtina edir.

İnsanlar arasında tanındığı Saruman adı rohancadır. Saruman adı qədim ingilis dilinin mersiya dialektində "bacarıqlı və hiyləgər adam" mənasını verir. Saruman obrazına, həmçinin texnologiya və müasirliyin təbiətlə daha çox ahəng içində olan qüvvələr tərəfindən məğlub edilməsini simvolu kimi baxmaq olar.

Saruman Tolkinin əsərlərinin radio, kino və videoyun adaptasiyalarında yer almışdır. Piter Ceksonun çəkdiyi "Üzüklərin hökmdarı" və "Hobbit" film trilogiyalarında bu obrazı Kristofer Li canlandırmışdır.

Görünüşü

Üzüklərin hökmdarı Saruman yaşlı insan cildində təsvir olunur. 3-cü çağın sonlarında saç-saqqalının çoxu ağarmışdır. Ağzının ətrafındakı tüklər qaradır. Uzun boylu, uzn sifətli, dərin gözlüdür. Ağ paltar geyinir.

Digər kitablarda

Şəxsi xüsusiyyətləri Görünüş və xasiyyət olaraq Qandalfa bənzəyir. Ancaq Saruman Qandalfın əksinə təkəbbürlüdür. Özünü üstün görər, Radaqastı açıqla özündən aşağı bilirdi. Qandalfın isə gücünə bələd olduğundan onu özünə tay hesab edirdi.

Saruman əvvəllər missiyasına sadiq idi və Sauronu məğlub etmək məqsədi güdürdü. Amma gürur və paxıllığı onu xidmət etdiyi missiyaya xain olmağa məcbur etdi.

Adaptasiyalar

Radio Saruman "Üzüklərin hökmdarı" əsərinin film, radio, teatr və videooyun adaptasiyalarında yer almışdır. BBC radiosu ısərin ilk adaptasiyasını 1955-ci ildə hazırlamışdır. Günümüzə gəlib çatmayan bu adaptasiyada Sarumanl Robert Farquharson canlandırmışdır. Tolkin bu adaptasiyadan narazı qalmışdır. BBC radiosunun 1981-ci ildə hazırladığı "Üzüklərin hökmdarl"nın ikinci radioadaptasiyasında Saruman obrazı kitablarda təsvir olunduğu şəkildə təqdim edilmişdir. Smit və Metyus Piter Hauellin Saruman obrazını canlandırmasını "son mənada çoxmənalı" kimi qiymətləndirmişdir. Onların fikrincə, aktyor bir-birinə zidd təsir bağışlamadan, bir anın içində məlahətli danışıq tərzindən, demək olar ki vəhşi heyvana xas qəddarlığa keçməyi bacarmışdır.

Oyunlar 2014-cü ildə buraxılmış "Orta Dünya: Mordorun kölgəsi" videooyununda Saruman Rocer L.Cekson səsləndirmişdir. Saruman "Leqo Daymenşns" (Lego Dimensions) oyununda da yer alır. Bu oyunda o əsas antaqonist Lord Vorteçlə ittifaq qurur.

Həmçinin bax

Radaqast

İstinadlar

Kateqoriya:Ədəbi personajlar Kateqoriya:Orta Dünya personajları Kateqoriya:"Silmarillion" kitabının personajları Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Üzüklərin hökmdarı Kateqoriya:Kişi personajlar Kateqoriya:Macəra filmi personajları