Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan əzası () — 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının davamı olaraq qurulan, Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri.

1917-ci ildə keçirilən Ümum-Rusiya Müəssislər Məclisi seçkilərin nəticəsi tanınsa da parlament elə ilk gündən bolşeviklər tərəfindən buraxılmışdır. Oktyabr inqilabının ardınca Gürcüstan, Azərbaycan və Ermənistan federativ dövlət — Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında birləşdi.Tadeuş Svitoxovski, Brian C. Collins, Historical Dictionary of Azerbaijan ABŞ: Scarecrow Press, 1999. — səh 127–128. — ISBN 0-8108-3550-9. Bu respublikanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin üzvləri Ümum-Rusiya Müəssislər Məclisinə seçilən üzvlərin sayının mütənasib şəkildə artmasıyla təmin olunmuşdur. Belə ki, Zaqafqaziyadan seçilən 11 müsəlman, azərbaycanlı üzvün 4 dəfə sayının artırılmasıyla azərbaycanlı üzvlərin Zaqafqaziya Seyminə daxil olması təmin olundu. Gürcüstan Sosial Demokrat Partiyasından sonra ən çox millət vəkili sayına sahib olan Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər fraksiyası rəhbərliyində Zaqafqaziya Seyminin Müsəlman fraksiyası təşkil olunmuşdu. 27 may 1918-ci ildə bu fraksiyanın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası təşkil olundu. 28 may 1918 tarixində Azərbaycan öz istiqlaliyyətini elan etdi. Bundan sonra Müəssislər Məclisinin çağrılmasını vacib hesab edən Milli Şura seçkilərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq yerli şəkildə seçkilərin təyin olunması və Milli Şuranın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasını qərara aldı. Milli Şura 19 noyabr 1918-ci ildə " Azərbaycan Məclisi-Məbusanına seçkilər haqqında qanun" qəbul etmişdir. Bu qanuna əsasən üzv sayının genişləməsi və yeni üzvlərin seçilməsi prinsipi ilə 120 üzvdən ibarət olmalı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 7 dekabr 1918-ci ildə ilk iclasını keçirmişdir. Parlamentin fəaliyyəti dövründə daxili nizamnaməsi qəbul olunmuşdur. Bu nizanaməyə əsasən üzvlər qəbul olunmuş və xaric edilmişdir. Parlament daxilində tez-tez fraksiyalar arasında üzv transferləri həyata keçmişdir.

Bolşeviklərin hökuməti təhvil alması ilə bağlı ultimat göndərməsi səbəbi ilə baş tutan parlamentin fövqəladə iclası parlamentin son iclası olmuşdur. Beləliklə, 27 aprel 1918-ci ildə parlamentin fəaliyyətinə son qoyulmuşdur.

Zəmin

Zaqafqaziya Seymi Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə 44 deputatdan ibarət dörd müsəlman partiyası — Müsavat və demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Müsəlman Sosial-Demokrat (menşevik) Partiyası "Hümmət" tərəfindən təmsil olunurdu. Bu 44 deputatdan ibarət 4 müsəlman partiyası Zaqafqaziya Seyminin Müsəlman fraksiyasında təmsil olunurdu. Gürcüstan Demokratik Respublikasının Zaqafqaziya Demokratik Federativ Respublikasından çıxaraq 26 may 1918-ci ildə müstəqilliyini elan etdi. Ertəsi gün, mayın 27-də, keçmiş Zaqafqaziya Seyminin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər.

Milli Şura Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının ilk iclası keçirildi. Bəzi mənbələrdə Milli Şuranın üzvləri 44 nəfər göstərilsə də, digər mənbələrdən Musa bəy Rəfiyev və Nəriman bəy Nərimanbəylinin də Milli Şuranın üzvü olduğu məlumdur.

Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.

Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə, onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərarın qəbul edilməsindən sonra elan olunan bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladı. İlk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəli xan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi. İyunun 16-da Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökumətinin tərkibinə etimadsızlıq siyasi böhrana səbəb olmuşdu. Yaranmış mürəkkəb siyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq naminə Milli Şuranın buraxılması qərara alındı. Qərarda deyilirdi ki, Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq, bütün hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunan hökumətə verilir və bu hökumət öz hakimiyyətini qısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir.

Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Fətəli xan Xoyski hökuməti Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı.

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

Üzv dəyişiklikləri 1918-ci ilin may ayının 29-da Şuranın 2-ci iclasında Teymur bəy Makinskinin şura üzvlüyünə qəbulu yekdil səslə qəbul edilir. 1918-ci ilin iyun ayının 1-də Tiflisdə keçirilən 3-cü iclasda isə Hümmət Partiyası Cəfər Axundovun əvəzinə Qasım bəy Camalbəyovun üzvlüyünü təklif edir və təklif qəbul olunur. 1918-ci ilin dekabr ayının 1-də gizli iclasda Fətəli xan Xoyskinin açıqlaması və Məhəmməd Əmin Rəsulzadənin səs verməyə qoyması ilə Slavyan-Rus Cəmiyyətinin ruslara ayrılan yerlərdən (Rus Milli Şurası bu yerlərdən imtina etmişdir) parlamentə üzv seçilmə müraciəti qəbul olunur Şuranın 4 dekabr 1918 tarixili son iclasında Şamaxı qəzasından 2 namizəd (Yusif Əhmədzadə və Həbib bəy Mahmudbəyov) yerli komitələrdən və 3 namizəd (Əliheydər Qarayev, Asəf bəy Şıxəlibəyov və Ağa bəy Səfərəliyev) ağsaqqallar şurasından namizəd göstərildi. Yusif Əhmədzadənin artıq Ticarət-Səneyə İttifaqı siyahısından şuraya üzv olduğu üçün namizədliyi avtomatik ləğv olundu. Digər 4 üzv arasından şuraya üzv seçimi üçün seçkilər keçirildi. Gizli səs verməylə Asəf bəy Şıxəlibəyov 11, Əliheydər Qarayev 9, Həbib bəy Mahmudbəyov isə 1 səs aldı. Asif bəy Şıxəlibəyov beləliklə şura üzvü seçildi.

Parlament

Açılışı thumb|300x300px|Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclası Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir.

Beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, Alman Milli Şurasından 1, Yəhudi Milli Şurasından 1, Gürcü Milli Şurasından 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümum-Rusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu.Azərbaycan Respublikasının Dövlət Arxivi: fond 895, siyahı 1, iş 25, vərəq 3,4,5.

Daxili qaydalar 16 yanvar 1919-cu ildə parlamentin səkkizinci iclasında Müsavat Partiyası və partiya sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən parlamentə "Parlamentdə hazır olmayan məbuslar haqqında qanun layihəsi" təqdim olunur:

Layihə yekdilliklə qəbul olunur. Həmin iclasda yenə Müsavat Partiyası "Ədəmi-ictimai" qanun layihəsini parlamentə təqdim edir. Bu qanuna görə Məclisi-Məbusan əzası heç vaxt hökumət məmuriyyətində ola bilməzlər. Stanislav Vanseviç bu qanuna etiraz edir və qanunun komissiyaya təqdim edilməsini təklif edir. Mixail Vinoqradov və Aslan bəy Qardaşov da bu təklifi təsdiqləyir. Səsvermə yolu ilə qanun 10 günlük müddətə parlamentə geri təqdim olunmaq şərti ilə komissiyaya təqdim olunur.

25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu müzakirəyə çıxarılır: