Ətriyyatçı: Bir qatilin tarixçəsi () — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film XVIII əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Batist Qrenuyun hekayəsindən bəhs edir.
Məzmun
Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıdan daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir. Sarı ərik satan qızıl saçlı qızı izləməyə, onu iyləməyə çalışır. Bundan narahat olan qız qaçsa da, Qrenuy onu tapır və qışqırmaması üçün ağız-burnunu bağlayır. İstəmədən qızı boğmuş olur. Qızın öldüyünü biləndən sonra onu soyundurub hər tərəfini iyləyir. Qoxu itəndə isə peşman olur. Daha sonra Qrenuy qoxunu saxlaya bilmək fikrində ilişib qalır.
Ətir mağazasına təslimat etdikdən sonra Qrenuy oranın italyan sahibi Baldinini qoxuları tanıma və yenilərini yaratma bacarığı ilə təəccübləndirir. Beləliklə, Baldini Qrenuyu pulla satın alır. Qrenuy əttarın biznesini yenidən canlandırarkən ondan sadəcə tələb edir ki, qoxuları necə qalıcı olaraq saxlamağı ona öyrətsin. Baldini bütün ətirlərin 12 ayrı qoxunun uyumu olduğunu və teorik olaraq 13-cü qoxunun ola biləcəyini açıqlayır. Qrenuy uzun müddət Baldini üçün çalışır, amma ondan distillə üsulu ilə hər şeyin qoxusunu saxlaya bilməyəcəyini öyrənəndə çox məyus olur. Sonrasında isə xəstələnir. Qrenuy başqa bir üsulu öyrətmək üçün Qrasa getməli olduğunu öyrənəndə qarşılıq kimi Baldiniyə 100 ətir resepti verir. Qrenuy Baldini ilə sağollaşıb getdikdən sonra Baldini çökən evinin altında qalaraq ölür. Qras yolunda Qrenuy bir mağaraya sığınaraq özünü cəmiyyətdən təcrid edir. Burada özünün xüsusi qoxusu olmadığının fərqinə varır və elə buna görə də başqaları tərəfindən qəribə və narahatedici olaraq qəbul olunduğuna inanır. Missiyasına davam etməyə qərar verərək mağaranı tərk edir və yoluna davam edir.
Qrasa çatanda Qrenuy zəngin Antoni Riçisin gözəl, qızılsaçlı qızı Lauranın qoxusunu alır və onun "13-cü təməl qoxu" olacağına qərar verir. Qrenuy Qrasda xanım Arnalfinin yanında iş tapır və burada qoxuları saxlamaq üçün yəni üsul öyrənir. Bundan sonra gənc lavanda toplayıcısını öldürür, ancaq qoxusunu saxlaya bilmir. Növbəti qurbanı bir fahişə olur və bu dəfə istədiyinə nail ola bilir. Tezliklə qətlləri geniş vüsət alır. Qurbanlarının çılpaq bədənlərini şəhərin müxtəlif yerlərinə buraxması şəhərdəki həyəcanı artırır. On iki qoxu tamamlandıqdan sonra Qrenuy Laura üçün planlar qurmağa başlayır. On iki qurbandan sonra kilsədə Qras yepiskopu qatilin tutulduğunu və cinayətləri etiraf etdiyini elan edir. Amma Riçis bununla qane olmur və qızıyla birlikdə gizlicə şəhərdən qaçır. Amma bununla da Qrenuydan yaxa qurtara bilmir. Qrenuy qoxunu uzaqdakı mehmanxanaya qədər izləyir və gecə otağına gizlicə girərək Lauranı öldürür.
Qrenuy ətiri bitirdikdən sonra əsgərlər onu həbs edir. Edam ediləcəyi gün Qrenuy ətiri üzərinə sürtərək gözətçiləri onu sərbəst buraxmağa məcbur edir. Qrenuy meydana gəldikdə ətirin qoxusunda hamı məst olur. Cəllad və oradakı topluluq qrup seksinə başlamazdan əvvəl onu günahsız elan edirlər. Qrenuyun hələ də qatil olduğuna inanan Riçis qılıncla onu təhdid edir, amma sonra qoxuya qapılır və Qrenuyu oğlu olaraq çağıraraq qucaqlayır.
Qrasdan zədəsiz olaraq ayrılan Qrenuy dünyaya hökm edəcək qədər ətirə sahibdir. Ancaq anlayır ki, bu, onun normal bir insan kimi sevməsinə və ya sevilməsinə icazə verməyəcək. Amansız arayışında xəyal qırıqlığına uğrayan Qrenuy doğulduğu Paris balıq bazarına geri dönür və qalan bütün ətiri başına tökür. Ətirə təslim olan və Qrenuyun mələk olduğuna inanan insanlar onu yeyir. Səhəri gün geridə qalan tək şey paltarlar və içindən son bir damla düşən boş ətir şüşəsi olur.
Aktyor heyəti Ben Vişou — Jan-Batist QrenuyBen Whishaw. İstifadə tarixi: 9 iyul 2026. Frank Lefövr — 12 yaşlı QrenuyFranck Lefeuvre. İstifadə tarixi: 9 iyul 2026. Dastin Hoffman — Cüzeppe BaldiniDustin Hoffman. İstifadə tarixi: 9 iyul 2026. Dora Romano — Baldininin arvadıDora Romano. İstifadə tarixi: 9 iyul 2026. Karolina Vera — Neapollu qızCarolina Vera. İstifadə tarixi: 9 iyul 2026. Reyçel Hörd-Vud — LauraRachel Hurd-Wood. İstifadə tarixi: 9 iyul 2026. Alan Rikman — RişiAlan Rickman. İstifadə tarixi: 9 iyul 2026. Saymon Çandler — Qras meriSimon Chandler. İstifadə tarixi: 9 iyul 2026. David Kalder — Qras yepikopuDavid Calder. İstifadə tarixi: 9 iyul 2026. Birgit Minixmayr — Qrenuyun anasıBirgit Minichmayr. İstifadə tarixi: 9 iyul 2026. Şan Tomas — Madam QayyarSian Thomas. İstifadə tarixi: 9 iyul 2026. Karoline Herfurt — Gavalı satan qızKaroline Herfurth. İstifadə tarixi: 9 iyul 2026. Sara Forestye — JannaSara Forestier. İstifadə tarixi: 9 iyul 2026. Ramon Pujol — LüsyenRamon Pujol. İstifadə tarixi: 9 iyul 2026. Korinna Harfux — Madam ArnulfiCorinna Harfouch. İstifadə tarixi: 9 iyul 2026. Pol Berrondo — DruotPaul Berrondo. İstifadə tarixi: 9 iyul 2026. Coanna Qriffits — MariannaJoanna Griffiths. İstifadə tarixi: 9 iyul 2026. Cessika Şvarts — NataliJessica Schwarz. İstifadə tarixi: 9 iyul 2026. Anna Diojen — Talyenin arvadıAnna Diogène. İstifadə tarixi: 9 iyul 2026. Con Hört — narratorJohn Hurt. İstifadə tarixi: 9 iyul 2026.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:İspaniya filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:XVIII əsr haqqında tarixi filmlər Kateqoriya:DreamWorks Pictures filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Filmlərdə magik realizm Kateqoriya:Constantin Film filmləri Kateqoriya:İspaniyada çəkilən filmlər Kateqoriya:Triller dram filmləri Kateqoriya:İntihar haqqında filmlər