Peşəkar () — Ceyson Stethem, Clive Owen, Robert De Niro, Yvonne Strahovski və Dominic Purcellin rol aldığı 2011-ci ildə çəkilən bir döyüş filmi. Film 1991-ci ildə Sir Ranulph Fiennes tərəfindən yazılmış The Feather Men kitabına əsaslanaraq çəkilmiş və filmin rejissoru Gary McKendry olmuşdur.
Süjet xətti
Ekran əsəri real hadisələrə əsaslanır. Muzdlu qatil Denni Brays Meksikada baş vermiş dəhşətli hadisələrdən sonra oyundan çıxmağa və sakit həyata qayıtmağa qərar verir. Ancaq həmkarı və dostu Hanterin zəngin ərəb şeyxinin adamları tərəfindən girov götürüldüyünü öyrənir. Hanterin sərbəst buraxılması üçün Braysın qarşısına çətin şərt qoyurlar. O dostunun yarımçıq qalmış işini sona çatdırıb üç xüsusitəyinatlı agenti qətlə yetirməlidir. Əlacsız qalan Brays son missiyanı yerinə yetirmək üçün peşəkar qatillərdən ibarət dəstə yığır....
İstehsal
Filmin çəkilişləri 2010-cu ilin may ayında Docklands Studios Melbourne studiyasında başlamışdır. 2010-cu ilin iyul ayında Ceyson Steytemin səhnələri Uelsdəki Brecon Beaconsda çəkilmişdir."Jason Statham returns home to Britain to film 'Killer Elite'" . BBC.co.uk. 2011-08-18 tarihinde erişildi.
London səhnələrinin bəziləri Kardiffdə çəkilmişdi – iyul ayında De Niro və Steytem Vindzor Palasdakı The Promised Land Bar-da görünmüşdülər.
Tənqidlər
Film tənqidçilərdən mənfi rəylər almışdır. Rotten Tomatoes bu filmin reytinqini 24% səviyyəsində saxlamış və istifadəçilər bu filmin "Kliv Ouen və Robert De Nironun da iştirak etdiyi, öyrəşilmiş, tamamilə sadə bir Ceyson Steytem filmi" olması fikrində həmfikir olmuşdular. Rocer Ebert isə əksinə, filmə 4 ulduz dərəcəsindən 3 ulduz vermiş və filmi rejissor üçün təsirli debüt adlandırmış; lakin eyni zamanda da döyüş hərəkətlərinin sadə emosiyalara əsaslanmayan, personajlar və süjet xətti əsasında aparılmalı olduğu başa düşülməlidir demişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:Open Road Films filmləri Kateqoriya:Entertainment One filmləri Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş macəra filmləri