Yuray Şijqoriç (Yuriy Şijqoriç, Georq Sisqorey, xorv. Juraj Šižgorić, lаt. Georgius Sisgoreus, Georgius Sisgoritus; d. təx. 1420 və ya 1445 — ö. təx. 1509) — latınca şeirlər yazan xorvat şair.

Haqqında Yuray Şijqoriç Dalmatiyalı idi. Şibenikdə doğulmuşdu. Həmin vaxtı Şibenik Venesiya Respublikası tərkibinə daxil idi. Şijqoriç Paduan Universitetinin Hüquqşünaslıq üzrə doktorluq dərəcəsini almışdır."Неолатинская поэзия: Избранное"; ред. Шульц, Ю.; Изд-во: М.: ТЕРРА, 1996 г.; с.392 Təhsilini başa vurduqdan sonra doğulduğu yerə qayıdaraq kilsədə yüksək vəzifələrdə işləyir. Tez-tez də Şibenik yepiskopunu əvəz edirdi. 1477-ci ildə Venesiyada şeirlərini çap etdirir. Bu toplu — Elegiarum et carminum libri tres ("Elegiya və lirik şeirlərdən ibarət 3 kitab") — xorvat şairlərinin əsərləri arasında ilk çap edilmiş əsərdir. Şeirlərinin motivləri əsasən antik tarix və mifologiyasından götürülmüşdü və avtobioqrafik xüsusiyyətlər izlənirdi. Yuray antitürk əhval-ruhiyyəli əsər müəlliflərindən biridir (Şibenik ərazilərinin boşaldılmasına elegiya həsr edib). İlliriya atalar sözlərini toplayaraq latın dilinə tərcümə etmişdir (bu əsər günümüzə qədər gəlib çatmayıb). Şijqoriç həm də 1487-ci ildə qələmə alınan İlliriya və Şibenik şəhəri barədə tarixi əsərin müəllifidir. Bu əsərdə dalmatin slavyanları illiriyalarlıların nəsilləri adlandırılır.ИЛЛИРИЙСКИЙ МИФ В ИНТЕРПРЕТАЦИИ СЛАВЯНСКИХ ИНТЕЛЛЕКТУАЛОВ ЗАПАДНЫХ БАЛКАН (XV–XXI ВВ.) — тема научной статьи по истории и историческим наукам, читайте бесплатно текст научно-и…

İstinadlar

Kateqoriya:İtaliya humanistləri Kateqoriya:XV əsr şairləri