Tatevik Sazandaryan (; ) ― 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış etmişdir.
Həyatı 1916-cı il sentyabrın 2-də indiki Syunik mərzinin Xınzırək kəndində anadan olan Sazandaryan Bakıda böyümüşdür. O, 10 yaşından məktəb xorunda solistlik edirdi. O, 16 yaşında Moskvaya köçmüşdür, burada bir sıra həvəskar tamaşalarda ifaçılıq edirdi. İstedadı tanındıqdan sonra təhsilini Moskvada Ruben Simonovun yanında davam etdirdi. 1933-cü ildə konsertlərdə çıxış etməyə başladı. 1937-ci ildə Moskvadakı Ermənistan SSR-in yanında mədəniyyət evində vokal dram studiyasını bitirdi. Daha sonra o, Ermənistana qayıtdı və Sergey Barxudaryanın yanında İrəvanın musiqi və dram məktəbində oxudu. 1937-ci ildə o, İrəvan Opera Teatrının solisti oldu. O, xüsusilə Tiqran Çuxacyanın "II Arşak" operasında Parandzem rolu və Armen Tiqranyanın "David Bek" operasında Tamar rolu ilə yadda qalıb. Bundan başqa, o, "Karmen", "Aida" və "Yevgeni Onegin" tamaşalarında da baş rolları ifa etmişdir.
1961-ci ildən 1970-ci ilə qədər İrəvan Konservatoriyasında dərs deyirdi və oradan professor dərəcəsini almışdır. Paralel olaraq İrəvan Teatr İnstitutunun solo oxuma kafedrasının rəhbəri idi. O, həm SSRİ-nin əsas şəhərlərində geniş şöhrət qazanmış, həm də və İran, İsveç, Tunis, Macarıstan, Suriya (1956), Belçika (1958, 1962), Yunanistan (1959), Çexoslovakiya (1960) ve Fransa kimi xarici ölkələrdə çıxış etmişdir.
1949-cu ildən bəri Sovet İttifaqı Kommunist Partiyası (b)-nın üzvü olmuşdur. 5-ci çağırış SSRİ Ali Sovetinin (1958-1962) deputatı idi.
Onun əri skripkaçı, ictimai xadim, bir neçə elmi əsərin müəllifi, Ermənistan SSR incəsənət işləri üzrə idarə rəhbəri Akop Sergeyeviç Hancyan idi.
Tatevik Sazandaryan 6 oktyabr 1999-cu ildə (digər mənbələrə görə 6 mart 2000-ci ildəСазандарян Татевик Тиграновна — Мегаэнциклопедия Кирилла и Мефодия — статья) İrəvanda vəfat etdi. Toxmax qəbiristanlığında dəfn edildi. 2017-ci ilin may ayında İrəvanın Milli Opera və Balet Teatrında onun şərəfinə anım konserti təşkil edildi.
Mükafatları
Ermənistan SSR əməkdar artisti (1944) Ermənistan SSR xalq artisti (1947) Azərbaycan SSR xalq artisti (1947) SSRİ xalq artisti (1956) Üçüncü dərəcəli Stalin mükafatı (1951) - "Qəhrəman qadın" operasında Nazeli partiyasının ifasına görə Ermənistan SSR Dövlət Mükafatı "Qırmızı əmək bayrağı" ordeni (1939) "Xalqlar Dostluğu" ordeni (1986) "Müqəddəs Mesrop Maştots" ordeni (1997)
Filmoqrafiya
1941 - Erməni kinokonserti (qısametrajlı) - Almast 1954 - Ermənistan sənət ustalarının konserti - baş rol 1977 - Tatevik Sazandaryan (sənədli film, “İrəvan” studiyası)
İstinadlar
Kateqoriya:Ermənistanın opera müğənniləri Kateqoriya:XX əsr Ermənistan müğənniləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları