Aliya Nazarbayeva (; ) — Qazaxıstan Respublikasının ictimai xadimi. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı. Qazaxıstan Respublikasının ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatı laureatı (2018).

Bioqrafiyası Təhsil Alma-Atadakı K. Bayseitov adına Respublika Musiqi Məktəbini bitirib.

İngiltərənin Londondakı Riçmond Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində və ABŞ-nin Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində oxuyub.

2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini hüquqşünaslıq ixtisası ilə bitirib.

2016-cı ildə Qazaxıstan Milli Universitetinin Dövlət Attestasiya Komissiyasının qərarı ilə . Əl-Farabi iqtisadiyyat magistri dərəcəsini alır.

Rus və ingilis dillərində sərbəst danışır.

Karyerası Qazaxıstan Prezident Administrasiyasının ümumi şöbəsinin məsləhətçisi, Caspian Industries Ltd LLP (mineral içməli su) baş direktoru, Elitstroy LLP-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Qazaxıstan Respublikasında ilk çoxfunksiyalı "Wellness Club LUXOR" idman və istirahət kompleksinin qurucusudur.

2011-ci ildə İtalyanın Damiani zərgərlik evi ilə iş birliyində Alsara adlı zərgərlik seriyasını buraxır.

Mükafatları 2013-cü ildə zərgərlik sənətindəki milli fikirlərin canlandırılmasına görə Fashion TV Awards mükafatına layiq görülmüşdür.

2018-ci ildə ("Anaya aparan yol") tammetrajlı filminin qurulmasında iştirakına görə Qazaxıstan Respublikasının ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatını alır. Aliya Nazarbayeva filmin prodüseridir.

Şəxsi həyatı 1998-2001-ci illərdə Qırğızıstan Prezidenti Əsgər Akayevin böyük oğlu Aydar ilə evli olur. 2002-ci ildə bir qazax iş adamı Daniyar Xasenovla evlənir.

Hazırda Dimaş Dosanovla evlidir.

Uşaqlar: qızları - Tiara (09.16.2007), Alsara (2011), oğlu - Aldiyar (2016), qızı - Aylana (07.2018)

İstinadlar

Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Prezidentlərin övladları