Təyarrə məktəbi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi.

Tarixi Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı).Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, , p. 349. Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.

Məktəb ayrıca şöbələrdən, müdirlikdən, zabit, mexanik və növbətçi idarələrdən ibarət idi. Bu şöbələrlə yanaşı onun kiçik bir xəstəxanası da fəaliyyət göstərirdi. Məktəb üçün təmir sexi, anbarlar, yeraltı qaz anbarları, anqarlar, avtomobil qarajları və heyvan tövlələri də tikilmişdi.

Təhsil müddəti 3 ay olan məktəbə hər il 3 dövr üçün şagird qəbulu və təlim keçmək planlaşdırılırdı. Hər dövrdə ümumilikdə 15 ilə 20 pilot arasında 45–60 pilot hazırlanması nəzərdə tutulmuşdu.

Məktəbdə pilotluqla yanaşı nəzəri mühərrik və təyyarə bilik dərsləri də verilirdi. Bu dövrdə təyyarəçi leytenant Midhət Nuri, 1914-cü ildə "Vasıtai Tayyare" adlı ilk türk texniki uçuş kitabını nəşr etdirmişdi.

İstinadlar

Həmçinin bax Osmanlı Aviasiya bölükləri Vecihi Hürquş Türkiyə Hərbi Hava Qüvvələri

Kateqoriya:Osmanlı imperiyasının silahlı qüvvələri Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi