Həmzə Ablayev və ya Amza Ablayev () — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya müharibəsinin iştirakçısı.

Haqqında Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər.

1942-ci ildə orduya çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır.

1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. Müəllim heyəti ilə ölkənin milli məsələlərdəki siyasəti ilə bağlı olan suallarda mübahisələr yaşadığına görə təhsilini yarımçıq qoyub. Sonradan isə Sov.İKP-dan xaric edilib.

1965-ci ildən 1970-ci ilə qədər bir çox görüşlərin və proqramların hazırlanmasında iştirak edir. 27 avqust və 2 sentyabr 1967-ci ildə Daşkənddə baş tutmuş Krım tatarlarının kütləvi mitinqlərinin təşkilatçısıdır. 1985–1986-cı illərdə Yanqıyol gənclərdən ibarət təşəbbüs qrupunun yaradılmasına kömək edib. 14 mart 1987-ci ildə Krım tatarlarının təşəbbüs qruplarının Sov.İKP Mərkəzi Komitəsinin katibi Mixayıl Qorbaçovla baş tutacaq görüşündə çıxış etmək üçün o da, xalq təmsilçisi seçilmişdir. 1987-ci ilin aprel ayında Daşkənddə baş tutmuş Krım tatarlarının milli hərəkatının təşəbbüs qruplarının ümumittifaq görüşündə iştirak etmişdir. 16 nəfərdən ibarət olan Mərkəzi Təşəbbüs Qrupunun üzvü olub. 1987-ci ilin iyun ayında Daşkənddə baş tutmuş Krım tatarlarının milli hərəkatının təşəbbüs qruplarının II ümumittifaq görüşündə də iştirak edib. Moskvada baş tutmuş eitraz aksiyalarında iştirak edib.

1989-cu ildə Krıma geri qayıdıb. Milli hərəkatın veteranları cəmiyyətinin rəyasət heyətinin üzvü olub. "Xalqın faciəsi" əsərinin müəllifidir. 10 sentyabr 1998-ci ildə Şumxay kəndində dünyasını dəyişib. Elə orada da dəfn edilib.

Mükafatları Özbəkistanın əməkdar müəllimi adına layiq görülüb. SSRİ xalq təhsilinin əlaçısıdır.

Həmçinin bax Hüseyin Kürkçü Yaqub Şakirəli Həmdi Giraybəy

İstinadlar

Xarici keçidlər Həmzə Ablayev — Bütün həyatı ön cəbhədə Həmzə Ablayev — Krım tatarları hərəkatının veteranı Həmzə Ablayevin çıxışı 1997-ci il Tarih sedası — Həmzə Ablayev / ATR

Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları