Purqaz (inyazor Purqaz, rus salnamələrində Purqas kimi də qeyd olunur; ) — XIII əsrin ilk yarısında yaşamış erzyan hərbi və dövlət xadimi, Erzya şahzadəsi (inyazor, otsyazor), erzyanların milli qəhrəmanı. Rus salnamələrinə görə, onun vaxtında mordovalıların bir hissəsinin "Purqas nahiyəsi"nin sərhədləri daxilində konsentrasiyası baş verirdi.
Həyatı Erzyan şahzadəsi Purqaz rus knyazlıqlarına qarşı mübarizədə bulqar xanın dəstəyinə ümid bəsləyirdi və şahzadə Yurinin müttəfiqi olan mokşa hökmdarı Pureş ilə daimi müharibədə idi. XIII əsrin əvvəllərində Mokşa çayın aşağı axarı boyunca Oka və Temnikovo-Vod meşələri arasında Purqas nahiyəsi yarandı, burada mordvalar və feodal zülmündən qaçan rus kəndliləri (Purqas Rus dövləti) yaşayırdı. Bu nahiyənin başında knyaz Purqaz dayanırdı; o, Mokşa çayın sağ sahilində, indiki Kadomdan az məsafədə, təxminən indiki Purqasovo kəndi ətrafında yaşayırdı.
Purqaz onun torpaqlarına hücum edilməsinin qisasını Nijni Novqoroddan çıxmağa qərar verdi və 1229-cu ilin aprel ayında "Mordoviya torpağındakı rus gücünün dayağınl" dağıtmağa çalışdı, lakin ancaq şəhər posadını və ətraf kəndləri yandırmağı bacardı, qala alınmaz qaldı.
Bir neçə ay sonra Purqaz Pureş torpaqlarına yürüş etdi, lakin cəhdi uğursuz alındı.
XIII əsrin ortalarında Purqasov nahiyəsi tatar-monqol əsarətinə düşdü. Batı xanın qoşunları 1236-cı ildə yola çıxdı, ancaq işğal yalnız 1237-ci ilin yayında başladı. 1237-ci ilin yayının sonunda Mordoviya diyarını ziyarət edən macar monarxı Yulian erzya şahzadəsi haqqında yazırdı: "...gücləri yetərsə müdafiə olunmaq üçün o, bir neçə nəfərlə olduqca möhkəmləndirilmiş yer yönəldi". Ordaya knyazlıq yarlığı dalınca gələn tabe edilmiş knyazlar arasında Purqazın adı çəkilmir.
Ədəbiyyatda obrazları
1978 — V. F, Yeqorovun "İntiqam" () poeması 1988 — erzya xalq yazıçısı Kuzma Abramovun "Purqaz" tarixi romanı. 1991 — Valeri Yurçenkovun "Xronoqraf və ya mordoviya xalqı və onun tarixi haqda hekayə" 2002 — Vladislav Romanovun "Ölüm xilas olunmaqdadır" Aleksandr Kizayev "Purqaz tsörıne" ("Пургаз цёрыне"; "Purqaz cavan oğlan")
İstinadlar
Kateqoriya:XIII əsr Avropa monarxları