Əbdülxaliq ibn Əbülməali ibn Məhəmməd Arrani () — Azərbaycan islam alimi, fəqih, hüquqçusu.

Həyatı Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Mosula gələrək Hamid ibn Yunusdən fiqhi öyrənmişdir.Əliyeva N. A. "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz. Bakı, "Elm və təhsil" 2020, 424 səh. O, 20 iyun 1236-cı ildə Dəməşq şəhərində vəfat etmişdir.

Bərdə şəhərində adına küçə var.

İstinadlar