Andris Ambaynis (; ) — Latviya informatiki, kvant məlumat və kvant hesablama sahələrində ixtisaslaşmış kompüter elmləri alimi. Professor, Latviya Elmlər Akademiyasının üzvü, Latviya Elmlər Akademiyasının "Böyük medalı" laureatı (2013).
Təhsili və karyerası 18 yanvar 1975-ci ildə Dauqavpilsdə anadan olub. Atası Dauqavpils kimyəvi lif zavodunun uzunmüddətli rəhbəri olmuşdur. Uşaqlıqdan Andris riyaziyyatı ilə maraqlanırdı və riyazi olimpiadalarda iştirak edirdi, professor Aqnis Amcans onun müəllimi olmuşdur. 1991-ci ildə SSRİ milli komandasının tərkibində Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi oldu və qızıl medal qazandı.MMO saytında profili 12 saylı Dauqavpils məktəbini bitirmişdir. 1992-ci ildə Latviya Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil olmuş, bakalavr (1996), magistr (1997) dərəcələrini və kompüter elmləri doktoru (1997) adını almışdır. 1997-ci ildə Berkli Kaliforniya Universitetində doktoranturaya qəbul aldı və burada kvant hesablama ilə tanış oldu. 2001-ci ildə Berklidə fəlsəfə doktoru dərəcəsini aldı.
Ambaynis 22 yaşında ABŞ-yə getdi. O, Prinstondaki Perspektiv Tədqiqatlar İnstitutunda (2003-cü ilə qədər) və Vaterloo Universiteti nəzdində Kvant Hesablama İnstitutunda (2004–2007-ci illərdə dosent) işləmişdir. 2007-ci ildən Latviya Universitetinin İnformatika kafedrasının müəllimi olmuşdur.
2007-ci ildə Latviya Elmlər Akademiyasının ən gənc üzvü oldu.
Elmə töhfəsi O, məlumatlarının kvant səviyyəsində işlənməsi və kvant mexanikasının əsasları kimi sahələrin inkişafına böyük töhfə vermişdir, kvant dolaşması və kvant mürəkkəbliyi nəzəriyyəsi haqqında əsərləri nəşr etmişdir. 2012-ci ildə Vyaçeslav Kaşeyev, Aleksandr Belov və Yana Timoşenkonun (Latviya Universitetinin alimləri) daxil olduğu qrup ilə Ambaynis yeni kvant alqoritmi metodunu kəşf etdi və nanoelektronikada yeni kvant interferensiyası tətbiqini inkişaf etdirdi. 2017-ci ildə fizika və kimya simulyasiyası üçün kvant kompüteri üstündə işlədiyini söylədi. 2018-ci ildə Beynəlxalq Riyaziyyatçılar Konqresində qonaq məruzəçi qismində dəvət aldı.
Mükafatları Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq qalibi və qızıl medalçısı (1991) Sloun stipendiyaçısıFellowship Awarded to IQC Professor Andris Ambainis Kompüter elmləri üzrə Eyjen Arinş mükafatının laureatı (2012) Latviya Elmlər Akademiyasının "Böyük medalının" laureatı (2013) Latviyada 2016-cı il Avropa adamı 3-cü dərəcəli Tanıma Xaçı (2017)
Elmi karyeradan kənarda İstiqamətləndirmə idmanı və elmi fantastika ilə maraqlanır.
İstinadlar
Xarici keçidlər Latviya Universitetinin veb saytındakı Ambaynisin səhifəsi Starp Rīgu un Berkliju Unikālais prāts. Andris Ambainis, kvantu datori un gaidāmā revolūcija
Kateqoriya:Fəlsəfə doktorları