Tamara Xatun və ya Kera Tamara () — Bolqar çarı İvan Aleksandrın qızı və 3-cü Osmanlı sultanı I Muradın xanımı.
Həyatı Tamara Xatun 1340-cı ildə Bolqar çarı İvan Aleksandr və onun ikinci xanımı Sarah Teodoranın qızı olaraq dünyaya gəldi.Czamańska, Ilona (2013). "Chrześcijańskie małżonki sułtanów tureckich. Małżeństwa polityczne w imperium osmańskim XIV i XV wieku" . Balcanica Posnaniensia. 20: 53 Atasından sonra çar olan İvan Şişmanın doğma bacısı idi. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İlk ərinin despot Konstantin olduğu məlumdur. Ancaq bəzi mənbələrin onun Bizans imperatoru II Manuelin qaynatası Konstantin Draqas olduğunu iddia etməsi yalnışdır. Çünki adı çəkilən şəxs 1395-ci ildə vəfat etmiş, Tamara isə tarixi mənbələrdə 1371-ci ildən artıq dul olaraq anılmağa başlanmışdır. left|thumb|305x305px|Tamara Xatun Sultan Murada təqdim edilir 1371-ci ildə atası Çar Aleksandr vəfat etdi və qardaşı İvan Şişman Bolqar taxtına əyləşdi. Həmin il Osmanlı sultanı I Muradın elçiləri paytaxt Tırnovaya yollandı və yeni çarla sülh şərtlərini yenilədi. Ancaq çarın gözəl bacısının dul olduğunu bilən Sultan Muradın bu dəfəki sülh tələbi başqa idi. İki dövlət arasındakı sülühn davam etməsi üçün Osmanlıların tələbi Tamara Xatun oldu. Ancaq çar İvan Şişman sultanı müxtəlif oyunlarla 7 il boyunca gözlətdi.Павлов, Пламен. Търновските царици. В.Т.:ДАР-РХ, 2006
Çar İvan Şişmanın 7 il boyunca Osmanlılara qarşı davam edən mübarizəsi uğursuz nəticələndi və çar bacısını 1378-ci ildə paytaxt Bursaya göndərməyə məcbur oldu. Cütlüyün Bursada rəsmi mərasimlə kəsiolən nigahının ardından Tamara Xatun dinini dəyişmədi.
Tamara Xatunun məzarı Bursada əri Sultan Muradın da dəfn edildiyi Hüdavəndigar məscidindədir. Vəsiyyətinə görə türbənin üzəri mərmərlə örtülmədi və məzarının üzərinə arpa dənələri səpildi.
İstinadlar
Mənbə Queens of Tarnovo, Plamen Pavlov, 2006 Табаков, Симеон. Опит за история на град Сливен. Том 1. Издателство на ОФ, 1986, стр. 208. Титулатурата е по Лондонското евангелие Kateqoriya:Osmanlı sultanlarının xanımları