Pelin Əsmər () — Türkiyəli rejissor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub.
Bioqrafiya Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.
1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.
Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub.
Karyerası Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
2001-ci ildə daha iki filmdə rejissor köməkşisi olaraq çalışıb.
2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.https://www.milliyet.com.tr/pazar/koleksiyoncu-amca-film-oldu-5110986
2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir. Bu film ilə o, "Tribeca Film Festivalı"nda ən yaxşı debüt edən sənədli film rejissoru mükafatı da daxil olmaqla bir neçə festivalın mükafatını qazanır. Sənədli filmdə, Mersinin dağ kəndində yaşayan doqquz kəndli qadın, öz həyat hekayələri və bu müddətdə keçirdikləri dəyişikliklər barədə bir oyun hazırlayır və bu oyunu oynayırlar.https://web.archive.org/web/20160325220025/http://www.radikal.com.tr/ek_haber.php?ek=cts&haberno=5608
2009-cu ildə müəllifin növbəti filmi olan "10-dan 11-ə qədər" filmi yaranır.
Filmlərinin siyahısı İlFilmVəzifəsi1998CümhuriyyətRejisor köməkçisi2001Crazy Heart: Bumeranq CəhənnəmRejisor köməkçisi2001Ürəyimdə bir malikanə olmasaydıRejisor köməkçisi2002KolleksiyaçıRejissor, prodüser, operator, redaktor2005OyunRejissor, prodüser, operator, redaktor200910-dan 11-ə qədərRejissor, ssenarist, prodüser, montaj2012Gözətçi qülləsiRejissor, ssenarist, prodüser, montaj2017Faydalı bir şeyRejissor, ssenarist, prodüser, montaj2019Kraliça LirDirektor
Xarici keçidlər İMDB hesabı
İstinadlar
Kateqoriya:Türkiyə rejissorları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Boğaziçi Universitetinin məzunları