Frans Yozef Qal — alman nevroanotomist, fizioloq və beyindəki zehni funksiyaların işləmə lokalizasiyasının öyrənilməsinin öncüllərindən biri. Nevropsixoloji sahədəki araşdırmaları dövründə böyük səs-küyə səbəb olmuşdur, indi isə "psevdoelm" olaraq adlanır.

Uşaqlıq illəri Qalın atası zəngin yun taciri və qatı roma katoliki idi. Əslən Lombardiyadan olan bu ailə 100 il idi ki, Tayfenbronda məskunlaşmışdılar. Qalın atası həm də buranın bələdiyyə başçısı idi. Qalın elmi araşdırmaları gənclik illərində başlamışdır. Hələ uşaqkən özü, bacı-qardaşları və sinif yoldaşlarının arasındakı fərqliliklər onu çox düşündürmüşdür. Ona görə, sinif yoldaşlarından birinin irəli səviyyədəki dil bilgisi onun qəribə formalı başı ilə əlaqədardır. Elə bundan sonra beyinə olan marağı artmışdır. Məktəb vaxtında bitki və heyvan növləri yığaraq onları sinifləndirməyi çox xoşlayırdı.

İstinadlar

Həmçinin bax