Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi.
Tarixi Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi.
Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
İstinadlar
Kateqoriya:Sülh müqavilələri Kateqoriya:Qaraqoyunlular Kateqoriya:Teymurilər