London Terreys () ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonunda yerləşən çoxmənzilli ev. O, Manhettenin Vest Sayd rayonun bütöv şəhər kvartalını əhatə edir, şərqdən Doqquzuncu prospektlə, qərbdən Onuncu prospektlə, cənubdan 23-cü küçə və şimaldan 24-cü küçə ilə sərhədlənir. Tikintisi 1929-cu ilin sonlarında başladı və ümumi xərci 25 milyon dollar (2019-cu ilə görə, 372.238.000 dollara bərabər) etdi, o dövr üçün dünyanın ən böyük mənzil binası olmuşdur.
London Terreys binası 17-19 mərtəbə hündürlüyündə olan 14 bitişik binada yerləşən təxminən 1700 mənzildən ibarətdir və orada Olimpiya ölçülü hovuz var. London Terreys "Henry Mandel Companies" və "Farrar & Watmough" memarlıq firması tərəfindən inşa edilmişdir. Bina hazırda iki ayrı müəssisə tərəfindən idarə olunur. London Terreys Tauer hazırda kooperativ şəkildə idarə olunur və idarəçiliyi "Douglas Elliman Property Management" təmin edir, London Terreys Qardensi isə hazırda icarə binasıdır və "Rose Associates" tərəfindən idarə olunur.
İstinadlar
Kateqoriya:Manhettendəki yaşayış binaları Kateqoriya:Nyu-Yorkun mənzil binaları Kateqoriya:Çelsi (Manhetten) Kateqoriya:23-cü küçə (Manhetten)