İoann Paleoloq (, Ioánnis Doúkas Palaiológos; ) — Nikeya və Bizans sərkərdəsi, sevastokratı və despotu.

Həyatı İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun ( 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.

Mənbə Cheynet, Jean-Claude; Vannier, Jean-François (1986). Études Prosopographiques (in French). Paris: Publications de la Sorbonne. ISBN 978-2-85944-110-4. Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor, Michigan: University of Michigan Press. ISBN 0-472-08260-4. Geanakoplos, Deno John (1959). Emperor Michael Palaeologus and the West, 1258—1282 — A Study in Byzantine-Latin Relations. Cambridge, United Kingdom: Harvard University Press.

Kateqoriya:Bizans sərkərdələri Kateqoriya:Sevastokratorlar