Zəfər Ərgin () — türk teatr, kinoteatr və teleserial aktyoru, səsləndirmə sənətçisidir.
Həyatı və karyerası Dil və Tarix-Coğrafiya fakültəsi, Sənət Tarixi bölümü məzunudur. Ankara Dənəmə Səhnəsindən yetişmiş, müxtəlif film və seriallarda rol almışdır.
1970-ci və 1980-ci illərdə TRT televiziyasında yayımlanan bir çox xarici serial və kinoteatr filmindəki məşhur aktyorların Türkcə səsləndirməsini gerçəkləşdirmişdir.
2003–2005-ci illər arasında yayımlanan Qurdlar Vadisi serialındakı Mehmet Qaraxanlı rolu ilə zirvəyə çıxmışdır. 2006-cı ildə Kanal D-də başlayan və hələ də yayımlanmaya davam edən Arxa Küçələr adlı serialda öncə başkomisər, 3-cü sezondan 9-cu sezona qədər əmniyyət amiri 9-cu sezondan etibarən isə əmniyyət müdirü Rıza Soylu rolunu canlandırmaqdadır.
Ərgin 10 may 2014-cü ildə "Kim milyonçu olmaq istəyir?" yarışma proqramının aparıcısı olan Kənan İşıqın narahatlığı olduğu üçün qonaq aparıcı olaraq bir bölümlük yarışmanı aparmışdır.
9 oktyabr 2020-ci ildə etdiyi açıqlamada 14 ildir oynadığı Arxa küçələr serialı haqqında "İnşallah 15 il daha davam edərik. Etdiyiniz işdən məmnun qalasanız, izləyici ilə təmas halında olabilsəniz, doğru yolda olduğunuzu təxmin edərsəniz".
Filmoqrafiya Süməlanıın şifrəsi: təməl — 2011 Akasya dayanacağı — 2008 (Qonaq aktyor 1-ci bölüm) Nyu-Yorkda beş minarə — 2010 Günəşi gördüm — 2009 Ankara cinayəti — 2006 Arxa küçələr — 2006–h.h. — Rıza Soylu Böyük görüşmə — 2006 — Ərən ren Döngəl karxanası — 2005— TMSF Prezidenti Qanlı Toy — 2005 Zalım — 2003 — Şanlı Bəy Qurdlar Vadisi — 2003–2005 — Mehmet Qaraxanlı Oğru — 2001–2002 Dəli ürək: bumeranq cəhənnəmi — 2001 — Şərəf Sirr sənədi — 1999 Berlin in Berlin — 1993 Bir qatar yolculuğu — 1988 Yarpaq tökümü — 1988 Çalıquşu — 1986 Bağdad xatun — 1981
Həmçinin bax
İstinadlar
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları