I Osman Qazi (; ) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326).

Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar.

Mənbələr problemi

Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir. Buna görə Osman haqqında bütün məlumatlar, xeyli sonradan yaranan və inkişaf etdirilən şifahi rəvayətlər və əfsanələrə söykənir. Osmanlı mənbələrindən müasir zamana qədər qorunub-saxlanılan ən qədimi 1476-cı ildə Aşıqpaşazadə tərəfindən yazılmağa başlayan "Tevarih-i Âl-i Osman" (Osman sülaləsinin salnaməsi) əsəridir. İmperiyanın ilk məşhur salnaməçisi Yaxşi Fakih (1413-cü ildən sonra vəfat etmişdir) olmuşdur, onun atası Orxanın yanında imam idi. Yaxşı Fakih "Menakıb-ı Ali Osman Yıldırım Han’a Gelince" (Osmanlı sülaləsinin İldırım xana qədər istismarının təsvirləri) adlı əsərində Osmandan başlayaraq I Bəyazidə qədər olan (1398–1402-ci illər) salnamə yazmışdır. Bu salnamənin əsli müasir zəmanəyə qədər gəlib-çatmamışdır, lakin hesab olunur ki, o, demək olar ki, sözbəsöz olaraq Aşıqpaşazadə və bir sıra digər Osmanlı tarixçilərinin əsərlərinə daxil olmuşdur. Eyni mətndən Yaxşı Fakihin özü haqqında da məlumatlar götürülmüşdür. Aşıqpaşazadə 1413-cü ildə Yaxşı Fakihin evində qaldığını və ondan tarix kitabının əldə etdiyini yazırdı, hansından ki istifadə edərək, Aşıqpaşazadə hadisələri təkrarən yazdı. Oruc qeyd edirdi ki, "Bu hadisələri hardan bildiyimi və topladığımı soruşsalar, indi Kostantin şəhərində [İstanbulda] yaşayan bir dərvişin şahidliyinə istinad edərəm. Onun adı Dervîş Ahmed Âşıkî, yüz yaşlı müdrik insan. […] O, bu hadisələrin hamısını yazmışdır. Ancaq, onun məlumat mənbəsi Orhan Qazinin imamının oğlu Yaxşı Fakih idi, hansı ki Sultan Muradın atası Sultan Mehemmedin hakimiyyətinə qədər yaşamışdır." Sülalə banisinin həyat hekayəsi ilk dəfə on beşinci əsrdə, ölümündən bir yarım əsr sonra yazıldığı üçün, o ana qədər müəyyən əfsanə və rəvayətlər formalaşdı. Həm də nəzərə alınmalıdır ki, bütün bu salnamələr XV əsrin sonu — XVI əsrin əvvəllərində Osmanın nəsil davamçılarının sifarişi ilə və nəzarəti altında yaradılırdı. Tədqiqatçılar hesab edirlər ki, Osmanlı tarixinin erkən dövrü ilə bağlı hekayələrdə həqiqəti bədii ədəbiyyatdan ayırmaq olduqca çətindir. Məsələn, Kolin Imber yazırdı ki, 15-ci əsrin salnamələrində Osman haqqında tapılan hekayələrin hamısı uydurmadır: "ən elementar mətn təhlili göstərir ki, Osman Qazi və onun ardıcılları ilə bağlı demək olar ki, bütün" faktlar "uydurmadır"".

Erkən həyatı Osman bəy (bəzi mənbələrə görə Orxun bəy) 1258-ci ildə Söyüddə doğulub.Sakaoğlu, Necdet "Osman I", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.392–395 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7. Həyatının erkən dövrü haqqında etibarlı qeydlər yoxdur. Osman bəyin soyuna və boyuna aid məlumatlar ənənəvi xarakter daşıyır və ən qədimi ölümündən 100 il sonra yazılmışdır. Bu əsərlər arasında Əhmədinin (ö.414) Dastan və Təvarix-i Mûlûk-i Âl-i Osman, Şükrullahın (ö. 1464), Behçetu't-Təvarix və Âșıqpaşazadənin (ö. 1481) Təvarix-i Âl-i Osman adlı əsərlərini qeyd etmək olar.

thumb|Osman Qazi

Atası Ərtoğrul Qazi (bəzi qaynaqlara görə Ərdoğdu Bəy) Qərbi Anadoluda Söyüd ovalığı ilə Domaniç yaylağında yaşayan Oğuz türklərinin Bozox boyunun Qayı qolundan olan sayca çox olan bir obaya başçılıq edirdi. Osman Qazi onun kiçik oğlu idi. Tarixçi İbni Kamal (ö. 1534) Təvarix-i Al-i Osman adlı əsərində Ərtoğrul Bəyin Anadoluya (Ruma) gəldiyi zaman artıq iki oğlu olduğunu, Söyüddə köçəri həyatı yaşayarkən 1254-cü ildə (hicri 652-ci ildə) "aslan bədənli ay üzlü" kiçik oğlu Osmanın doğulduğunu bildirir.İbn-i Kemal (Kemalpaşazade) (haz. Şerafettin Turan) (1992) Tevarih-i Al-i Osman I, II ve VII Defterler, Ankara :Türk Tarih Kurumu Xalq rəvayətlərinə görə anası (ya da nənəsi), Xayma Anadır.

Yenə tarixçi İbni Kamal, Osmanın gəncliyində "igidlər arasına girdiyini" və "vurmaqda tutmaqda və durmaqda və oturmaqda hər kəsi özünə uydurduğunu" qeyd edir və qardaşlardan ən kiçiyi olmaqla yanaşı "şəmşir (qılınc) və tədbirdə hamısından əvvəl olduğunu" bildirir. Bu açıqlamanın Oğuz dastanının mövzularına bənzər şəkildə işlənildiyi barizdir.

1281-ci ildə 23 yaşında Qayı Boyundan Ömər Bəyin qızı Malhun Xatun ilə evləndi. Bu evlilikdən daha sonra Osmanlı Dövlətinin başçısı olacaq Orxan Qazi doğuldu.

Daha sonra Şeyx Ədəbalinin qızı Bala Xatun ilə evləndi. Bu evlilikdən də Əlaəddin Bəy dünyaya gəldi.

Bəyliyi əlinə keçirmə səyləri 1281-ci ildə atası Ərtoğrul Bəy 90 yaşlarında ikən vəfat edir.

Bir çox tarixçinin ortaq fikrinə görə, bəylik vəzifəsinin Osman bəyə keçməsi sülh yolu ilə olmamışdır və bəylik vəzifəsini üzərinə götürmək üçün Osman Qazi yaxınları ilə "taxt mübarizəsi" aparmışdır. Bu mübarizənin kiminlə aparıldığı və necə inkişaf etdiyi mübahisəlidir, bu haqda tarixçilər fərqli izahatlar vermişlər.

thumb|Soldan sağa:Ağca Qoca ilk sərkərdələrdən, Osman Qazi və Qonur Alp ilk sərkərdələrdən

Bir çoxlarının qəbul etdiyi bu izahatlardan birinə əsasən, Osman Qazi əmisi Dündar Qazi ilə bəylik uğrunda münaqişəyə girişmişdir. Bu izahata gőrə Qayı boyunun öndər uluları Dündar Bəyin tərəfini saxlamaqda, boyun gənc igidləri isə Osman Bəyi dəstəkləməkdə idi. Bu münaqişənin necə və nə qədər müddətə davam etdiyi bilinmir. Amma münaqişənin sonunda Osman Bəy qalib gəlmiş və düşmənə qarşı edilən axınlara qarşı çıxdığı bəhanəsi ilə yaşlı Dündar Bəyi bir oxla öldürmüşdür. Bundan sonra Osman Bəy Oğuz adətinə uygun olaraq Qayı boyunun başçısı olmuşdur.

Başqa bir versiya olan Hacı Bəktaş Vəlinin "Vilayətnamə" əsərində isə Osmanın bəyliyin başına keçməsi fərqli şəkildədir.Firdevsi-i Rumi/Uzun Firdevs, Vilayetname-i Hazret-i Hünkar Hacı Bektaş-ı Veli, yazma eser. Mənbə: Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-299-6 s. 26, 517 Qayı boyu Sultanönü və ətraf ərazilərdə məskunlaşdıqdan sonra əmisi Aydoğmuş və sonra atası Ərdoğdu (Ərtoğrul) bəy daha sonra isə kiçik əmisi Gündüz Alp Qayı boyuna bəy olmuşdur. Bu dövrdə Osman Qazi adamları ilə birlikdə Bizans şəhərləri Yarhisar, Biləcik, İnəgöl və İznik bölgələrinə axınlar təşkil etməyə başlamışdır. Bizanslı Bursa təkfuru(hakimi) Konyada olan Anadolu Səlcuq sultanı III Əlaəddin Keyqubada elçilər göndərərək bu axınları şikayət etmişdir. Səlcuq sultanı Gündüz Alpa xəbər yollayaraq axınları təşkil edən Osman Qazini çəkindirməsini istəmişdir. Gündüz Alp isə Osman Qazini tutduraraq Konyaya, III Əlaəddin Keyqubadın hüzuruna göndərmişdir. Ancaq III Əlaəddin Keyqubad Osman Qazinin şəxsiyyətini bəyənir. Sultan razılıq alması üçün onu Qarahöyükdə olan Hacı Bəktaş Vəlinin yanına yollamışdır. Hacı Bəktaş Vəli Osman Qazini qonaqpərvərliklə qarşılamış və öz tülbəndini onun başına sarımış, sanki onun başına tac qoymuşdur. Osman Konyaya geri qayıdarkən Hacı Bəktaş Vəli onunla birlikdə sultana Osmanı tərifləyən bir məktub yollamışdır. Mənbədə sultanın məktubu oxuduqdan sonra Osmana böyük bir mənsəb verilməsini istədiyi bildirilir. Osman Qazi Sultanönünün mərkəzi olan Söyüdə geri döndükdən sonra sultan ona qızıl başlı bayraq və mehtər göndərib, onu mükafatlandırmışdır. Bu versiya "Vilayətnamə" əsərindən başqa Yazıçızadənin "Səlcuqnamə" əsərində də təkrar olunur.Yazıcizade, Ali, Selçukname", Yazma. Topkapı Sarayı Müzesi Kıt. Revan K. No.1391 Mənbə:Sakaoğlu Bir sıra tarixçilər bu mükafatlandırmanı Osmanın bəyliyinə müstəqillik verilməsi kimi qiymətləndirirlər. Hacı Bəktaşın "Vilayətnamə" əsərində sonradan Osman Qazi və Gündüz Alp arasında olan münasibətlərin necə cərəyan etdiyi haqqında məlumat yoxdur. Buna baxmayaraq bəzi tarixçilər hesab edir ki, Osman Qazi ilə Gündüz Alp arasında mübarizə olmuşdur və Osman Qazi Gündüz Alpı məğlub edərək bəyliyi ələ keçirtmişdir. Bəzi tarixçilər isə belə bir mübarizənin olmadığını bildirir. Başqa bir versiyaya görə isə Gündüz Alp Domaniç müharibəsində şəhid olmuşdur. Bir sıra tarixçilər bu versiyalara əsaslanaraq əslində Osman Qazi və Dündar bəy arasında mübarizənin olmadığı, bu versiyanın Osman Qazi və Gündüz Alp arasındakı mübarizədən təsirlənərək ortaya atıldığını hesab edirlər.

Bitaniya bölgəsində Bizans qüvvələri ilə mübarizənin genişlənməsi Osman Qazi 1280-ci illərdən 1300-cü ilə qədər təqribən 20 il Osmanlı dövlətinin yaranması ərəfəsində Bitaniya bölgəsində (Bursa-Biləcik-İznik ətrafı) Bizans qüvvələri ilə bəyliyini gücləndirmək üçün bir sıra toqquşmalar yaşamışdır. Bu toqquşmalardan onun silahdaşları Samsa Çavuş, Qonur Alp, Ağca Qoca, Aygüt Alp, Qazi Əbdürrəhman və başqa "alp" bəylərin axınçıları olmuşdur. Osman Qaziyə dini və mənəvi dəstəyi əxilər vermişdir. Xüsusən də qızı Bala xatunla evləndiyi Əskişəhər əxilərinin İtburnu şeyxi olan Şeyx Ədəbalı ona müşavirlik etmiş, dəstək olmuşdur.

Osman Qazi ilk dəfə 1283-cü ildə İnəgöl təkfuru (hakimi) Nikola ilə arasında baş verən Ermənibeli döyüşündə məğlub olmuşdur. Bu döyüşdə qardaşı Saruhanın oğlu Bayhoca şəhid olmuşdur. 1284-cü ildə Osman bəy 300 nəfərlik qüvvə ilə İnəgöl yaxınlığındakı Əmirdağının ətəklərində Kuluca qalasına gecə anidən hücum edərək qalanı tutmuşdur. Bu Osmanlıların tarixə keçmiş ilk qala fəthidir.Bəzi tarixçilərə görə buranın fəthindən çox razı qalan Anadolu Səlcuq Sultanı II Qıyasəddin Məsud Osman Qaziyə Bəy titulu vermişdir. 1286-cı ildə Osman bəy ilə İnəgöl və Qaracahisar (Malachiya) hakimlərinin birləşmiş qüvvələri arasında Əkizcə yaxınlığında Domaniç döyüşü baş vermişdir. Osman bəy bu döyüşdə qalib gəlmişdir, amma qardaşı Saruhan (bəzi mənbələrə görə Gündüz Alp) şəhid olmuşdur. Bu qələbə nəticəsində Qaracahisar Osman bəyin əlinə keçmişdir. Bundan sonra Osman Qazi müttəfiqləri ilə birlikdə axınlar etmək siyasətini yeritmişdir. Mudurnu yaxınlığında olan Samsa Çavuş, qardaşı Satılmış və Köse Mikayıl qüvvələri ilə Sakarya çayı boyunca yerləşən Sorkun, Tarkalı Yenicəsi və Göynükə axınlar etmişdir.

1298–1299-cu illərdə Osman Qazinin güclənməsindən narahat olan və təhlükəni hiss edən Biləcik (Belakona) hakimi Yarhisar hakiminin qızı ilə evləndirəcəyi oğlunun toy mərasiminə Osman Qazini də dəvət edərək orada pusqu quraraq onu öldürməyi düşünmüşdü. Buna baxmayaraq Osman Qazinin dostu olan və Biləcik hakiminə düşmən olan Harmanqaya hakimi bu pusqu haqqında Osman Qaziyə xəbər verərək, onun pusquya düşməyinin qarşısını almışdır. Osman Qazi oyun içində oyun deyə adlandırdığı siyasətlə bu şəhəri ələ keçirtmişdir. Bu "oyun içində oyun" siyasətinə görə 40 nəfər silahdaşına qadın paltarı geyindirərək Biləcik qalasına gizlicə keçirmişdir. Digər tərəfdən keçələrə bürünərək qalaya girən adamlarının da köməyi ilə Biləcik qalasını ələ keçirmişdir. Bu deyiş Osmanlı tarixinin Osman bəy haqqında olan mifik düşüncələrin əsasını təşkil edir. Eyni zamanda Osman bəy Yarhisardan toya gələnləri qoruyan qüvvələri Çakır ətrafında məğlub etmişdir. Toya gələnlər içərisində olan Yarhisar hakiminin qızı Holofira (sonradan Nilufər xatun) ələ keçirilərək Osman bəyin oğlu Orxan Qazi ilə evləndirilmişdir. Bu toqquşmaların nəticəsində Biləcik hakimi öldürülmüş, Biləcik və Yarhisar qalaları Osman bəy tərəfindən ələ keçirilmişdir.