Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; ) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971).
Həyatı Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.
Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.
Xalq artisti Zemfira Əliyevanın anasıdır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971
İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Tükəz Hacı Qara Mirzə Fətəli Axundov Ziba xanım Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov Mehri xanım Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev Pəri Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Tükəzban Ölülər Cəlil Məmmədquluzadə Yasəmən Eşq və intiqam Süleyman Sani Axundov Şərəbanı Yaşar Cəfər Cabbarlı Xanımnaz Almaz Cəfər Cabbarlı Gülnisə Solğun çiçəklər Cəfər Cabbarlı Dilbər Sevil Cəfər Cabbarlı Susanna Aydın Cəfər Cabbarlı Əzra Şeyx Sənan Hüseyn Cavid Humay Əliqulu evlənir Sabit Rəhman Ballı arvad Bahar suları İlyas Əfəndiyev Gülbacı Qaçaq Nəbi Süleyman Rüstəm Reyhan xanım Kəndçi qızı Mirzə İbrahimov Fatma Anacan Yusif Əzimzadə Pəri xala Qız atası Əfqan Darçın xala Kişilər Altay Məmmədov Rozina Uzaq sahillərdə İmran Qasımov və Həsən Seyidbəyli Gülcamal Qatır Məmməd Zeynal Xəlil Zeynəb Şikayət qəbul edilmir Toktobolat Əbdümöminov Aşura Dağlı qızı Rəsul Həmzətov Varvara Karpovna Həyətdə qapan it var Kita Buaçidze Marfa Özgə uşağı Vasili Şkvarkin Minlekay Aygül diyarı Mustay Kərim Həcər nənə 72-ci kamera Orxan Kamal
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktrisaları