Rasim Öztəkin () — türk teatr, kinoteatr və serial aktyoru.

Rasim Öztəkin aktrisa Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray Liseyini bitirdikdən sonra İstanbul Universiteti Jurnalistika fakültəsindən (keçmiş Mətbuat və Yayım Yüksək Məktəbi) məzun olmuşdur. Səhnə həyatında ilk təcrübələrini İstanbul Akademik Sənətçilər Topluluğu, Kadıköy Xalq Təhsil Mərkəzi və "Növbətçi Teatr"da həvəskar olaraq qazanmışdır. Peşəkar teatr fəaliyyətinə Fərhan Şənsoyun "Ortaoyuncular" truppasında başlamışdır. 2016-cı ildə ənənəvi türk teatrının simvolu sayılan "Kel Hasan Efendi"nin qovuğu Fərhan Şənsoy tərəfindən ona təhvil verilmişdir.

1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi.

Ölümü Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr. Siyami Ərsək Sinə Ürək və Damar Cərrahı Təhsil və Araşdırma xəstəxanasında 62 yaşında vəfat etdi.

Mükafatları 1988, Altan Ərbulaq Mükafatları, Ən Yaxşı Aktyor 1995, İsmail Dümbüllü Mükafatları, İlin Ən Yaxşı Aktyoru 2003, Afifə Teatr Mükafatları, Komediya, və musiqili filialında Ən Yaxşı Köməkçi Kişi Aktyor 2010, KALDER (Keyfiyyət Dərnəyi) Ən Keyfiyyətli Sənətçi mükafatı 2010, Ayağlı Qəzer "İlin Ən Yaxşı Köməkçi Kişi Aktyoru" 2011, İlin Molla Nəsrəddini

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları