Topal Kənan Paşa () — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.Sicill-i Osmani III, səh. 205.

Həyatı Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Ətiqə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu. Ancaq bu vəzifədən də alındı. Bütün bunlardan sonra Abxaz Həsən Paşa üsyanına qoşuldu. 16 fevral 1659-cu ildə vəfat etdi.

Mənbə Sicill-i Osmani III, səh. 205.

İstinadlar

Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri