Covanni (Canni) Rivera (; ) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub.
IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür.
Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.
Bioqrafiya Covanni Rivera 18 avqust 1943-cü ildə Alessandriya şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib.
Karyera
Klub Canni Rivera karyerasına "Alessandriya" klubunda başlayıb. Burada keçirdiyi iki mövsümdə 26 oyun keçirib və 6 qol vurub. Futbolçu daha sonra "Milan"a keçərək əsas uğurlarını burada qazanıb. "Milan" klubunda 19 mövsüm keçirib.
Milli Komanda İtaliya millisində 60 oyunda 14 dəfə fərqlənib.
Karyera statistikası MövsumKlubÇempionatKubokBeynəlxalq.DigərOyunQolOyunQolOyunQolOyunQol1958/59Alessandriya10??1959/60Alessandriya256??1960/61Milan30610201961/62Milan271010201962/63Milan27900721963/64Milan2771021201964/65Milan292001965/66Milan31710411966/67Milan34126720101967/68Milan2911531011968/69Milan28341721969/70Milan2583132211970/71Milan2661071971/72Milan23362841972/73Milan281763901973/74Milan26651801974/75Milan273401975/76Milan14151301976/77Milan27470501977/78Milan30651101978/79Milan13141501958–1979Cəmi5271287428761371
Şəxsi həyatı Canni Rivera Loire Markoni ilə evlidir. Cantal adlı bir qızı və Cianni adlı bir oğlu var.
Uğurları
Komanda "Milan"
İtaliya çempionu (3): 1962, 1968, 1979 Avropa Çempionlar kubokunun qalibi (2): 1963, 1969 İtaliya Kuboku qalibi (4): 1967, 1972, 1973, 1977 Kubok Kubokunun qalibi (2): 1968, 1973 Qitələrarası Kubokun qalibi (1): 1969
İtaliya Millisi
Avropa çempionu : 1968
Fərdi Ballon d'Or mükafatçısı (Fransa Futbolu): 1969 İtaliya Kubokunun bombardiri (2): 1967 (7 qol), 1971 (7 qol) İtaliya çempionatının bombardiri: 1973 (17 qol) Guerin Sportivo İtaliyada İlin Futbolçusu (Xüsusi Mükafat): 1987 Milan Klubunun şöhrət zalının üzvu FIFA 100 Qızıl ayaq: 2003 (Futbol Əfsanələri)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalibləri Kateqoriya:1960 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Alessandria FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1970 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1974 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1968 futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:XXI əsr İtaliya siyasətçiləri Kateqoriya:XX əsr İtaliya siyasətçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri