Oruc Mehbalı oğlu Məmmədli ( — Azərbaycanlı idman xadimi, Azərbaycan Respublikası "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi",Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıt Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim.

Həyatı Məmmədli Oruc Mehbalı oğlu 10 fevral 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud kəndində anadan olub. 1972–82-ci illərdə Babək rayon Şıxmahmud kənd məktəbində orta təhsil almışam. 1982-ci ildə Bakı şəhərində Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub. 1983–85-ci illərdə Ukraynada keçmiş Sovet Ordusunda hərbi xidmətdə olub. 1990–95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qiyabi təhsil almışdır. 6 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında gənclər siyasəti"proqramı üzrə ixtisasartırma kursu keçib.

Ailəsi Ailəlidir. 2 övladı,4 nəvəsi var.

Fəaliyyəti

Əmək fəaliyyəti 1986-cı ildə təyinat üzrə Naxçıvan MR Babək rayon Payız kənd orta məktəbinə ixtisasım üzrə müəllim təyin edilib. 1987-ci ildə ailə vəziyyətimlə əlaqədar təyinatdan azad olaraq Bakı şəhərində keçmiş"Ehtiyat Əmək Qüvvələri" İdman Cəmiyyətində tədris idman şöbəsində təlimatçı vəzifəsinə təyinat alıb. 1991-ci ildə Tədris İdman Şöbəsində baş təlimatçı vəzifəsinə təyinat alıb. 06.12.1991-ci ildə Tədris İdman Şöbəsinin rəisi təyin olunub. 1 aprel 1994-cü ildə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin direktoru təyin olunub. 2014-cü ildən hal-hazıra kimi Azərbaycan Gənclər və İdman Nazirliyində seleksiya üzrə Baş mütəxəssiz vəzifəsində çalışır. 2015–2020-ci illərdə Azərbaycan Kikboksinq Federasiyasının Baş katibi olub. 2019-cu ildən Azərbaycan Pençak Silat Federasiyasının Baş katibidir.

Təltifləri 06.09.2006-cı ildən ağır atletika üzrə Beynəlxalq dərəcəli hakimdir. 02.03.2006-cı ildə Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" adı verilmişdir. 01.03.2010-cu ildə Azərbaycan Respublikasının"Əməkdar məşqçisi"fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 noyabr tarixli 2513 nömrəli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Fəxri adı verilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları