Armando Merodio Peskuera (; ) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.

Futbolçu karyerası Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi. O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü. Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı.

11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu.

İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir). Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü.

"Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi. 21 iyun 2018-ci ildə 82 yaşında Bilbaoda vəfat etdi.

Nailiyyətləri Atletiko Bilbao

La Liqa: 1955–56 Kopa del Generalísimo: 1956, 1958

İstinadlar

Xarici keçidlər Armando Merodio Atletik Bilbao saytında Armando Merodio BDFutbol-da

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Kataloniya futbolçuları Kateqoriya:Bask futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Deportivo Geço FK futbolçuları Kateqoriya:Barakaldo FK futbolçuları Kateqoriya:Atletik Bilbao FK oyunçuları Kateqoriya:Real Mursiya FK futbolçuları Kateqoriya:Rekreativo FK futbolçuları Kateqoriya:İndauçu FK futbolçuları Kateqoriya:Bilbaoda vəfat edənlər Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Barselonada doğulmuş futbolçular