Canluka Vialli ( ; ) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Çempionlar Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanan 8 oyunçudan biri və üç fərqli klubla qazanan yeganə oyunçu.
Oyunçu karyerası Viallinin futbolçu karyerası "Kremonese" klubunda başlayıb. 1983/1984 mövsümündə 10 qol vurduqdan sonra "Sampdoriya" komandasına dəvət edilir. Vialli burada A seriyasını (1990/91), 3 İtaliya kubokunu (1985, 1988, 1989) və UEFA kuboklar kubokunu (1990-cı ildə) qazanır.
"Sampdoriya"dakı çıxışları zamanı Vialli dəfələrlə İtaliya milli komandasına çağrılır, 1986 Dünya Kubokunda, 1990 Dünya Kubokunda və 1988 Avropa çempionatında iştirak edir. 1992-ci il Çempionlar liqası finalını "Barselona" klubuna məğlub olduqdan qısa müddət sonra Vialli, 12,5 milyon funt-sterlinqə "Yuventus" klubuna keçir. Bu o dövrun ən bahalı transferi olur.
Futbolçu "Yuventus"da ilk mövsumdə UEFA kubokunu qazandı. Tezliklə, milli komandanın məşqçisi Arrigo Sakki ilə fikir ayrılıqları üzündən Vialli, 1994-cü ildə ABŞ-da keçiriləcək Dünya Kuboku üçün milli komandaya dəvət edilmədi və daha sonra İtaliya və Braziliyanın Dünya Kuboku finalında oynayacağı məlum olduqda, Braziliyanı dəstəkləyəcəyini açıqlayır. Şayiələrə görə isə, Vialli Sakki ilə zarafat edib və bu onun millidən getməsinə səbəb olub.
Vialli 1995-ci ildə Yuve ilə ikinci skudetto və İtaliya Kubokunu qazanaraq, bir mövsümdə 16 qol vurur. 1996-cı ildə Vialli "Yuventus" ilə Çempionlar Liqasını qazanır və bundan sonra İngiltərə klubu "Çelsi" ilə uzunmüddətli müqavilə imzalayır. Onun bu hərəkəti o vaxtkı "Çelsi" nin baş məşqçisi Ruud Qullitin təşəbbüsu ilə baş tutur. "Çelsi" tezliklə Vialli ilə İngiltərə Kubokunu qazanır. 1997/98 mövsümündə bir neçə uğurlu oyuna baxmayaraq, Vialli "Çelsi"nin əsas heyətində daimi yerini itirir.
Məşqçi karyerası 1998-ci ildə Qullitin getməsindən sonra Vialliyə "Çelsi"də oyunçu-məşqçisi vəzifəsi təklif edilir və oyunçu tərəfindən bu təklif qəbul edilir. O İngiltərə Premyer Liqasında ilk İtaliyalı baş məşqçi olur. 13 may 1998-ci ildə Kuboklar Kubokunun finalında "Stuttqart"ı məğlub edərək, 33 yaş 308 günlük olan Vialli, UEFA yarışını qazanan ən gənc məşqçi olur. Onun rekordu 18 may 2011-ci il tarixdə "Portu" klubunun məşqçisi Andre Villas-Boaşın 33 yaş 213 gündə Avropa Liqasını qazanmasıma qədər on üç il davam etdi.
Vialli klub tarixinin ən uğurlu mütəxəssislərindən biri olur. Onun rəhbərliyi altında mavilər Liqa Kubokunu, Kuboklar Kubokunu və İngiltərə Kubokunu qazanır. UEFA Super Kubokunda isə, klub Uruqvaylı Qustavo Poyetin "Real Madrid"ə vurduğu yeganə qol sayəsində qalib olur.
1998/99 mövsümündə, mavilər 1970-ci ildən bəri ən yaxşı göstəricilərini göstərərək milli çempionatı üçüncü sırada tamamladılar.
2001-ci ildə Canluka Vialli London klubundan ayrıldı və onunla birlikdə müxtəlif səbəblərdən, klubun başqa liderləridə gedir. Bunlar Canfranko Zola, Didye Deşam, Dan Petresku kimi klubun vacib oyunçuları idi. Vialli dövrü öz yerini Roman Abramoviç dövrünə verir. Tezliklə klubun yeni liderləri Con Terri və Frenk Lempard olur.
Daha sonra "Uotford"un baş məşqçisi olur. Ancaq bu klubda işlədiyi bir il, italiyalı üçün uğursuz olur, nəticədə mövsümün sonunda klubdan ayrılır.
Vialli sonra "Sky Italia" kanalında şərhçi işləyir.
O, UEFA Avro 2020-nin qalibi olan İtaliya milli komandasının heyətində nümayəndə heyətinin rəhbəri kimi iştirak edir.
Ölumu 2018-ci ilin noyabrında Vialli mədəaltı vəzi xərçəngi ilə bir il davam edən mübarizəni uğurla dəf etdiyini açıqladı. 13 aprel 2020-ci ildə məlum oldu ki, ona 17 aydır əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngindən tamamilə təmizlənmişdir. 21 dekabr 2021-ci ildə o, ikinci dəfə mədəaltı vəzi xərçəngi ilə mübarizə apardığını açıqladı. 6 yanvar 2023-cü ildə Royal Marsden Xəstəxanasında 58 yaşında vəfat etdi.
Uğurları və Titulları
Oyunçu kimi İtaliya Millisi
Dünya çempionatının bürünc mükafatçısı: 1990 Avropa çempionatının bürünc mükafatçısı: 1988
Sampdoriya
İtaliya çempionu : 1990/91 İtaliya kuboku sahibi (3): 1984/85, 1987/88, 1988/89 İtaliya Kuboku ikincisi (2): 1985/86, 1990/91 İtaliya Super Kubokunun qalibi: 1991 UEFA Kuboklar Kubokunun qalibi: 1989/90 UEFA Kuboku Qalibləri Kubokunun finalçısı: 1988/89 Avropa kubokunun finalçısı: 1991/92
Yuventus
İtaliya çempionu: 1994/95 İtaliya çempionatının gümüş mükafatçısı (2): 1993/94, 1995/96 İtaliya Kubokunun qalibi: 1994/95 İtaliya Super Kubokunun qalibi: 1995 UEFA Çempionlar liqası qalibi: 1995/96 UEFA Kubokunun qalibi: 1992/93 UEFA Kubokunun finalçısı: 1994/95
Çelsi
İngiltərə çempionatının bürünc mükafatçısı: 1999 İngiltərə Kubokunun qalibi: 1997 İngiltərə Liqa Kubokunun qalibi: 1998 UEFA Kuboklar Kubokunun qalibi: 1997/98 UEFA Super Kubokunun qalibi: 1998
Fərdi İtaliya çempionatının bombardiri: 1990/91 (19 qol) İtaliya kubokunun bombardiri: 1988/89 (13 qol) UEFA Kuboku Qalibləri Kubokunun ən yaxşı bombardiri: 1989/90 (7 qol) "World Soccer" jurnalına görə dünyada İlin Futbolçusu: 1995 UEFA Kuboklar Kubokunda Ən Çox qol vuran 3-cü oyunçu: 19 qol 1988 Avropa çempionatının simvolik komandasına daxildir
Baş məşqçi kimi Çelsi
İngiltərə Kubokunun qalibi: 2000 İngiltərə Liqa Kubokunun qalibi: 1998 Super Kubokun qalibi: 2000 UEFA Kuboklar Kubokunun qalibi: 1997/98 UEFA Super Kubokunun qalibi: 1998
Karyera statistikası Mövsüm Komanda Çempionat Oyun Qol 1980/81 KremonezeC1 Seriyası 2 0 1981/82B Seriyası 31 5 1982/83 35 8 1983/84 37 10 1984/85 SampdoriyaA Seriyası 28 3 1985/86 28 6 1986/87 28 12 1987/88 30 10 1988/89 30 14 1989/90 22 10 1990/91 26 19 1991/92 31 11 1992/93 Yuventus 32 6 1993/94 10 4 1994/95 30 17 1995/96 30 11 1996/97 ÇelsiPremyer Liqa 20 7 1997/98 18 4 1998/99 20 10
İstinadlar
Xarici keçidlər İtaliya A Seriyası bombardirləri
Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:"İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Lombardiyada doğulmuş futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Kubokunun qalib futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Kremoneze FK futbolçuları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri