Ceremi Sorele Njitap Fotso () və ya qısaca Ceremi Njitap olaraq da tanınan kamerunlu keçmiş futbolçudur. Fiziki gücü, döyüşkən oyun tərzi və sərbəst vuruş bacarığı ilə tanınan, sağ cinah müdafiəçisi, sağ cinah yarımmüdafiəçisi və müdafiəyə meyilli yarımmüdafiəçi mövqelərində oynaya bilən çox yönlü bir oyunçu idi. Ceremi cəld və sürətli addım fəndlərinin ən böyük tətbiqedicilərindən biri sayılır və bu hərəkətlərdən bir çox qollarını vurmadan əvvəl rəqiblərini aldatmaq üçün istifadə edirdi.

Karyerasının ən uğurlu dövləri İspaniyanın Real Madrid və İngiltərənin Çelsi klublarında oynadığı illərə təsadüf edir. Belə ki, Real Madridin heyətində 1 dəfə İspaniya çempionu, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olan Ceremi, Çelsi forması ilə 2 dəfə İngiltərə çempionu, 1 dəfə isə İngiltərə Superkubokunun qalibi olub.

1996–2000-ci illər aralığında 118 dəfə formasını geyindiyi Kamerun milli futbol komandasının heyətində 13 dəfə fərqlənən Ceremi 2000 Yay Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı 2 dəfə də Afrika Millətlər Kubokunun qalibi oldu.

Klub karyerası

Erkən karyera Ceremi Kamerunun Bafusam şəhərində anadan olub. Futbolçu ailəsində böyüyən Ceremi, keçmiş futbolçu olan atası tərəfindən məktəbə diqqətini yönəltməyə təşviq edildi. Lakin daxili istedadının ardınca getməyə çalışan Ceremi universitetə qəbul imtahanları üçün oxumaqdan imtina etdi və peşəkar şəkildə futbol oynamağa başladı.

Ceremi karyerasına 1995-ci ildə doğma şəhərinin komandası olan Rasinq Bafusamda başladı. Kamerun Futbol Çempionatı komandalarından olan Rasinq 16 yaşlı Cereminin gəlişindən sonra liqada çempionluq qazandı və Kamerun Kubokunun qalibi oldu. Beləliklə Ceremi ilk titullarını qazanmağa başladı.

1996-cı ildə Ceremi, Braziliyada oyuna çıxan Kamerun milli futbol komandasının heyətindəki çıxışından sonra Paraqvay Birinci Divizionu klubu Serro Portenonun diqqətini cəlb etdi və 1997-ci ildə 18 yaşında Avropa futboluna qoşulmadan öncə bir neçə ay Paraqvay klubunda çıxış etdi.

Türkiyə və İspaniya 1997-ci ildə Super Liqa təmsilçisi Gənclərbirliyinə transfer oldu və burada 2 mövsümdə 57 oyun keçirdi. Buradakı çıxışı ilə dünya nəhəngi Real Madridin diqqətini cəlb etdi və 1999-cu ildə 20 yaşlı Ceremi 4,2 milyon avroya Madrid klubuna transfer oldu. Santyaqo Bernabeu stadionundakı üç ilində Ceremi İspaniya nəhəngi ilə iki dəfə Çempionlar liqasının qızıl medalını qazandı.

Beynəlxalq karyerası

Şəxsi həyatı

Uğurları

Karyera statistikası

Klub + Klubda keçirdiyi oyun və vurduğu qol sayı, mövsüm və yarışKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuQitə miqyaslıDigərÜmumiDivizyonOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolRasinq Bafusam1995Kamerun Futbol Çempionatı50–––501996235––235Ümumi285——285Serro Porteno1997Paraqvay Birinci Divizionu60––40–100Gənclərbirliyi1997–98Türkiyə Super Liqası28431–––3151998–9929531–––326Ümumi57962———6311Real Madrid1999–00La Liqa20020–80–3002000-0116000–90513012001-029020–5100161Ümumi45040—22151762Midlsbro2002-03Premyer Liqa3371000––347Çelsi2003-04Premyer Liqa2511030100–3912004-05130201040–2002005-06152301020102222006-0719130302010281Ümumi7249080180201094Nyukasl Yunayted2007-08Premyer Liqa2720010––2822008-091500020––1702009-10Çempionşip700021––91Ümumi49200510000543Ankaragücü2009-10Türkiyə Super Liqası12200–––122AEL Larisa2010-11Yunanıstan Super Liqası10010–––110Ümumi karyerası312292121314417139734

İstinadlar

Njitap Njitap Njitap Njitap Njitap Kateqoriya:İngiltərədə legioner Kamerun idmançıları Kateqoriya:İspaniyada legioner Kamerun idmançıları Kateqoriya:Nyukasl Yunayted FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Midlsbro FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:MKE Ankaragücü FK futbolçuları Kateqoriya:2002 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Kamerun U-20 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol üzrə olimpiya çempionları